Meliton Kaziyev (oset. Хъазиты Резойы фырт Мелитон; 10 noyabr 1948, Noqkau[d], Cənubi Osetiya Muxtar Vilayəti) — Sovet və Cənubi Osetiya şairi, yazıçı, tərcüməçi, dramaturq, ədəbiyyatşünas və ictimai xadim. Ədəbiyyat sahəsində Kosta Xetaqurov adına Cənubi Osetiya Mükafatı laureatı[1]. Cənubi Osetiyada dövlət televiziya şirkətinin ilk direktoru[2]. Cənubi Osetiyanın əməkdar mədəniyyət işçisi[3] və Cənubi Osetiya Parlamentinin üzvü[4].
Meliton Kaziyev | |
---|---|
oset. Хъазиты Резойы фырт Мелитон | |
Doğum tarixi | 10 noyabr 1948 (75 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | yazıçı, şair, nasir, dramaturq, tərcüməçi, ədəbiyyatşünas |
Cənubi Osetiya Muxtar Vilayətinin Noqkau kəndində kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi Verxnıy Otrev kəndində almağa başlayır, 1964-cü ildə Verxnıy Çere kəndində səkkizillik və 1966-cı ildə Ksuisi kəndində orta məktəbi bitirir. 1966-cı ildə Cənubi Osetiya Pedaqoji İnstitutunun filologiya fakültəsinin osetin bölməsinə daxil olur[5]. Tələbəlik illərində şeirlərini Cənubi Osetiyanın dövri mətbuatında dərc etdirməyə başlayır. 1966-cı ildə, 18 yaşında olarkən "Fidiuaq" ədəbi jurnalında "Palıd ilə söhbət" adlı ilk hekayəsini nəşr etdirir. 1971-ci ildə "İriston" nəşriyyatında ilk "Mahnı səslənir" (oset. «Зӕлы зарӕг») şeirlər toplusunu nəşr etdirir. Filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün "Kamal Xodovun bədii qavrayışında həyatın harmoniyası və dramaturgiyası"[6] mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Rusiya Federasiyası Xalqları Ədəbiyyatı sahəsini bitirdikdən sonra Tsxinalidəki "Soveton İriston" qəzetinin redaksiyasında müxbir[7], tərcüməçi və ədəbi işçi kimi çalışmışdır. 1981-ci ildən "İr" nəşriyyatının redaktoru, baş redaktoru olur. 1990-cı ildə Cənubi Osetiya Yazıçılar Birliyinin sədri seçilir. 1994–1995-ci illərdə "İriston" televiziya şirkətinin ilk direktoru olur. 1996-cı ildə Cənubi Osetiya Parlamentinə deputat seçilir. Elə həmin il Mədəniyyət və Media Komitəsinin sədri və Cənubi Osetiya Parlamenti sədrinin müavini təyin edilir (1 iyul 1999-cu ilədək bu vəzifəni icra edir). 2009-cu ildə yenidən Cənubi Osetiya Parlamentinə seçilmişdir.
Gürcü, rus və xarici müəlliflərin əsərlərini osetin dilinə tərcümələri ilə məşğul olur. Nodar Dumbadze, Vladimir Amlinski, Niko Lomouri, Lomerin əsərlərini tərcümə edir. Tərcümələri əsasında pyeslər Cənubi Osetiya Dram Teatrının səhnəsində səhnələşdirilir. Hal-hazırda Cənubi Osetiya Universitetinin Osetin Dili və Ədəbiyyatı kafedrasında Osetin ədəbiyyatından dərs deyir. Osetin şifahi yaradıcılığına həsr olunmuş üç cildlik ədəbi "Osetiya xəzinəsi" adlı araşdırmanı nəşr etdirmişdir[8].
Dostluq ordeni (Cənubi Osetiya);
"Cənubi Osetiya Respublikasının on illiyi münasibətilə" medalı;
Kosta Xetaqurov adına mükafat (Cənubi Osetiya).