Melvill (ada, Avstraliya)

Melvill (ing. Melville Island) — Timor dənizinin şərqində, Avstraliyanın Şimal ərazisi (Avstraliya)ndə yerləşir. Aborigenlər arasında ada Ermalner adlandırılır. Avstraliyanın Baterst (Avstraliya) adası ilə birlikdə Tivi adalarını təşkil edir.

Melvill adası
ing. Melvill Island
Ümumi məlumatlar
Sahəsi 5786 km²
Hündür nöqtəsi 258 m
Əhalisi 1.029 nəfər (2010-cu il)
Yerləşməsi
11°30′00″ c. e. 130°56′00″ ş. u.HGYO
Ölkə  Avstraliya
Arxipelaq
Akvatoriya
Melvill adası xəritədə
Melvill adası
Melvill adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sahəsi 5786 km² təşkil edir. Bu göstəriçi ilə ada Avstraliyada Tasmaniyadan sonra ikincidir. Ən hündür nöqtəsi 258 metrdir. Orada qarışıq və tropik meşələr yayıııllmışdır. İqlimi: Tropik iqlimi və Musson iqlimi.

Ada ilk dəfə holland dənizçisi Abel Tasman təfindən kəşf edilir və Van-Diema Torpağı adlandırılır (164). Digər fərziyəyə görə adanı 1636-cı ildə holland səyyah Piter Piters tərəfindən aşkarlanır. Ançaq Piter adanı materikin bir hissəsi hesab edirdi[1]. 1818-ci ildə ada Britaniya general-admirallığının birinci lordu Robert Dandasın şərəfinə (Vinkont Melvill) adlandırılır. Onun şərəfinə Kanada Arktik arxipelaqının adalarından biridə onun şərəfinə adlandırılmışdır (Melvill (ada). 1824-ci ildə ada ilk dəfə məskunlaşdırılır. Orada ilk avropalı yaşayış məntəqəsi Fort-Dundas olur.

Milikapiti qəsəbəsində 559 nəfər, Pirlanqimpidə 440 nəfər insan yaşayır. Milikapitidən 27 km aralıda, adanın sahillərində 5 ailədən ibarət 30 nəfərlik qrup yaşayır. Ümumilikdə isə adada 1029 nəfər yaşayır (2010).

  1. Maqidoviç V. İ., Maqidoviç İ. P. Tarixi açılışların oçerki. T. 2. М., 1983. S. 372.