Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü.
Su nanəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Su nanəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir.
Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir.
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Rütubətli yerlərdə və bataqlıq ərazilərdə bitir.
İstiotlu nanə təbiətdə təbii şəkildə bitmir, o, XVII əsrdə İngiltərədə yarpız (su nanəsi) və yaşıl yabanı nanənin hibridləşməsindən alınmışdır. Qədim Yunanıstan və Romada nanədən geniş istifadə olunurdu, hesab olunurdu ki, nanə əhval-ruhiyyəni, zehni fəaliyyəti yaxşılaşdırır. Buna görə də ziyafət zallarını nanə suyu ilə çiləyir, qonaqlara isə nanə yarpaqlarından hörülmüş çələnglər təqdim olunurdu. İbn Sina nanə yarpaqlarını daxili qanaxmalarda, mədə-bağırsaq xəstəliklərində və baş ağrılarında istifadə etməyi məsləhət görürdü.
Müasir təbabət isə istiotlu nanə yarpaqlarını sakitləşdirici, ödqovucu, antimikrob, spazm əleyhinə və ağrıkəsici xüsusiyyətlərinə görə istifadə edir. Nanə yarpaqları dəri və selikli qişaların qan dövranını sürətləndirir və yaraların sağalmasını tezləşdirir. Həzm vəzilərinin fəaliyyətini tənzimləyir, iştahanı və həzmi yaxşılaşdırır, bağırsaq və öd samcılarını aradan qaldırır. Tərkibində mentolun miqdarı çox olduğundan ağız boşluğu, mədə-bağırsaq, dəri və s. orqanların xəstəlikləri zamanı mikrob əleyhinə təsir göstərir.
Nanə yarpaqlarından dəmləmə hazırlamaq üçün 1 çay qaşığı xırdalanmış yarpaqların üzərinə 200 ml (1 stəkan) qaynar su tökülərək 15 dəqiqə qaynayan su hamamında (və ya az/asta odda) dəmlənir. Otaq temperaturunda soyutduqdan sonra 1/3 - 1/2 stəkandan gündə 2-3 dəfə yaməkdən qabaq qəbul olunur.