Meqqi Borq

Meqqi Borq (1952, Kospikua[d], Malta2004) — Maltalı ictimai və ətraf mühit fəalı.

Meqqi Borq
ing. Maggie Borg
Doğum tarixi 1952
Doğum yeri
Vəfat tarixi 2004
Vəfat səbəbi süd vəzi xərçəngi
Fəaliyyəti aktivist, ətraf mühit fəalı

Meqqi Borq 1952-ci il yanvarın 14-də Maltanın Kospikua şəhərində anadan olub. 10 uşaqlı ailənin böyük uşağı idi. Kospikuada məktəbə getdikdən sonra Qrinpisə qoşulmazdan əvvəl tur bələdçisi, mağaza işçisi və yun sviter dizayneri və istehsalçısı kimi çalışmışdır. Borq gənc yaşda evlənir, lakin evlilik tezliklə dağılır. Bir müddət Naşşaredə və Mostda yaşayır, nəhayət Zebbuqda məskunlaşır[1].

O, təhsilini Malta Universitetində davam etdirib, 1993-cü ildə sosiologiya və ətraf mühitin öyrənilməsi üzrə magistr dərəcəsi alıb. Orta məktəb proqramı üçün ətraf mühitin öyrənilməsi kursu hazırlayır və San Anton Liseyində dərs deməyə başlayır. Onun dərsə yanaşması həm tələbələr, həm də onların valideynləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Ekoloji aktivlik

[redaktə | mənbəni redaktə et]

Meqqi Borq görkəmli Malta ekoloqu idi. O, Yerin Dostları[2] və Qrinpisdə[3] çalışmışdır. Onun əsas məqsədi Malta və Aralıq dənizi ölkələrində tullantıların təkrar emalı və "təmiz" enerjidən istifadəni təşviq etmək, eləcə də kənd yerlərində təbiətin qorunması idi[4].

Meqqi Borq xəstəliklə təxminən on il mübarizə apardıqdan sonra 3 avqust 2004-cü ildə 52 yaşında döş xərçəngindən ölür[2][5]. O, ömrünün sonuna qədər fəal olaraq qalır, müxtəlif xeyriyyə təşkilatlarına, o cümlədən Malta Xərçəng Fonduna dəstək verirdi[6].

  1. "2004: Obituaries". MaltaMedia (ingilis). 2005-01-11 tarixində arxivləşdirilib.
  2. 1 2 "Goodbye Maggie". Toni Sant's Blog (ingilis). 2004-08-04. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-03.
  3. Sue Fishkoff. "Rainbow Warriors" (ingilis). Jerusalem Post. 1997-08-01. 2014-06-10 tarixində arxivləşdirilib.
  4. "An Inconvenient truth" (ingilis). Malta Independent. 2009-05-03. 2022-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-03.
  5. Rachel Borg. "Those who cared" (ingilis). The Malta Independent. 2015-05-16. 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-03.
  6. "Cancer foundation aims to better radio therapy services". Times of Malta (ingilis). 2003-12-20. 2022-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-03.