Mequro Parazitologiya Muzeyi

Mequro Parazitologiya Muzeyi (目黒寄生虫館, Mequro kiseyçukan?)Yaponiyanın Tokio şəhərinin Mequro rayonunda yerləşən tibbi muzey. Dünyada parazitlərəparazitologiya elminə həsr olunmuş yeganə muzeydir.[1]

Mequro Parazitologiya Muzeyi
Əsası qoyulub 1953
Ölkə
Yerləşir Mequro,  Tokio
Ziyarətçi sayı
  • 57.300 nəf. (2017)
35°37′54″ şm. e. 139°42′24″ ş. u.
Mequro Parazitologiya Muzeyi xəritədə
Mequro Parazitologiya Muzeyi
Mequro Parazitologiya Muzeyi
kiseichu.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Mequro Parazitologiya Muzeyi 1953-cü ildə Satoru Kameqay tərəfindən Tokio şəhərinin Mequro rayonunda yaradılmışdır.[1]

Xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

Muzeyin birinci mərtəbəsində müxtəlif parazit növlərini göstərən xəritələr və heyvan parazitləri nümayiş etdirilir.[2] İkinci mərtəbə insan parazitlərinə həsr olunmuşdur.[2] Muzeyin kolleksiyasına 45.000-dən çox parazit növü daxildir.[2] Parazit növlərinin 300-dən çoxu formalinlə doldurulmuş şüşə qablarda saxlanılır.[1] Muzeydə 92 yaşlı Satoru Kameqayın bədənində tapılmış parazit də nümayiş etdirilir.[1]

Muzeyin əsas xüsusiyyətlərindən biri dünyanın ən böyük lentşəkilli qurd nümunəsinə (8,8 metr) ev sahibliyi etməsidir.[1] Parazitin ölçüsünü daha rahat başa düşmək üçün yanına eyni uzunluqda ip qoyulub[1]

Muzeyi ildə 70.000-ə yaxın şəxs ziyarət edir və onların yarısından çoxu gənclərdir.[1] Muzeyə tez-tez məktəbli ekskursiyaları təşkil olunur.[1]

Muzey maliyyə cəhətdən çətinliklə üzləşdiyi üçün muzey mağazası açılmışdır.[1] Mağazada parazitlərə həsr olunmuş köynəklər, balıqlarda yaşayan anisakis parazitinin təsviri olan açar halqaları və ad günü açıqcaları satılır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 "Strange world of parasites on display". Japan Times (ingiliscə). 11 mart 2001. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2022.
  2. 1 2 3 "Meguro Parasitological Museum". Atlas Obscura (ingiliscə). 23 iyun 2016. 15 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • kiseichu.org — Mequro Parazitologiya Muzeyinin rəsmi saytı