Mercedes-Benz — 1926-cı ildə Almaniyada əsası qoyulan avtomobil şirkəti.
Mercedes-Benz | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | avtomobil sənayesi |
Məhsulları | Minik avtomobili, Yük maşını, avtobus, mühərrik, Kommersiya avtomobili |
Təsis tarixi | 1926 |
Rəhbərlik | |
Təsisçilər | |
mercedes-benz.com/en/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Almaniya tərəfindən istehsal olunub və istehsal üçün müəyyən miqdarda büdcə ayırlıb.
2022-ci ilədək Mercedes milyonlarla maşın istehsal edib.
1886-cı ilin yanvar ayında, Karl Benz təntənəli surətdə dünya üzrə istehsal edilmiş ilk avtomobilin təqdimatını edərək, bu üç təkərli nəqliyyat vasitəsinə Benz Patent Motor Car adını vermişdir. Bir neçə ay sonra, Qotlib Daymler və onun baş mühəndisi olan Wilhelm Maybach, Daymler mühərriki ilə təchiz olunmuş dörd təkərli avtomobilin konseptual təməlini qoymuşdur. İlk Mercedes, Daymlerin ölümündən bir az müddət keçdikdən sonra, 1901-ci ildə istehsal olunmuşdur. Maybach tərəfindən yığılmış bu avtomobil, Daymlerin əsas distribyuterləridən biri olan Emil Jellinek tərəfindən istismara verilərək, nəticə etibarı ilə Jellinekin qızının şərəfinə Mercedes adını almışdır.
1926-cı ildə, Daymler və Benz tərəfindən yaradılan şirkətlər birləşərək Daimler-Benz AG brendinin meydana çıxmasına səbəb olmuşdur. Şirkətin simvolu dəfnə çələngi ilə əhatə olunmuş üç guşəli ulduz idi; bu cür ulduz fikri Daymlerin təsəvvürünə artıq illər öncə gəlmişdir və onun guşələrinin ifadə etdiyi başlıca anlam, bu ixtiraçının yaratdığı mühərriklərin quruda, havada və eləcə də suda hərəkət edən nəqliyyat vasitələrində istifadə üçün nəzərdə tutulması idi.
Elə lap başlanğıcdan, Mercedes-Benz adı avtomobil qüsursuzluğunun sinonimi idi. Bu avtomobil istehsalçısının ilkin modellərindən biri olmuş 1931-ci il buraxılışı Mercedes-Benz 170, həmin zəmanənin müstəsna xarakterli nailiyyəti hesab edilən müstəqil asma sistemi texnologiyasını təklif edən ilk avtomobil kimi fərqlənə bilmişdir. İyirminci əsrin 30 və 40-cı illərdə konveyerdən düşmüş, 380 və 540K kreyser modellər kimi Mercedes istehsalı olan avtomobillər isə dəbdəbənin ali dərəcəsinin axtarışında olan alıcıların yeganə seçiminə çevrilmişdi.
Keçmiş əsrin əllinci illəri Mercedes-Benz 300 SL "Gullwing" modelinin, o zamanlar dünyanın ilk super avtomobil adına layiq görülmüş idman avtomobilinin doğuluşuna şahid olmuşdur. Effektli üslubu və idman ruhlu texnologiyası ilə, 300 SL modeli günümüzdə də, bütün dünya üzrə klassik avtomobil kolleksiyaçıları tərəfindən rəğbətlə qarşılanmaqdadır. Həmin onillikdə Daimler-Benz təhlükəsizlik sahəsində də iri addımlar ata bilmişdir. Bu şirkətin istehsalı olan Mercedes-Benz 220 sedanları, toqquşma zamanı zərbənin absorbsiya edilməsi məqsədi ilə işlənib hazırlanaraq, sonralar patentləşdirilmiş "crumple zone" gövdə dizaynının tətbiq edildiyi ilk avtomobillər olmuşdur.
1963-cü ildə, Mercedes-Benz 600 modelinin buraxılışına start verməklə şirkət özünün "avtomobil dəbdəbəsinin məskəni" reputasiyasını əməlli başlı möhkəmləndirir. Bu eleqant və dəbdəbəli sedan limuzin formasında da istehsal edilirdi və o zəmanənin tələblərinə görə proqressiv hesab olunan pnevmo-asma sisteminə və 300 at gücünü hasil etməyə qadir V8 mühərriki ilə təchiz olunmuşdu. Mercedes-Benz 300 SEL 6.3 modelinin işıq üzü görməsi də məhz həmin onilliyə təsadüf edib. Tam ölçülü sedan, sükut vəziyyətindən 100 km/saat sürətinə yeddi saniyədən daha az müddətdə nail olmaqla, öz həməsrlərin arasında ən sürətli sedan avtomobil kimi tanınmışdı.
Yetmişinci illər öz növbəsində, S-Class adlandırılmış Mercedes avtomobillərinin yeni model xəttinin yaradılması ilə yadda qalır. Bu zəngin sedan və kupelər sərnişinləri qüvvətli mühərriklər və bir sıra dəbdəbəli cəhətlər ilə nazlandırmaqda idi. Mercedes şirkəti bu əsrdə də qabaqcıl texnologiyaların inkişaf etdirilməsi yönündə öz tədqiqatlarına davam etdirməklə, avtomobillərdə bloklanmayan əyləc sistemini tətbiq etmiş ilk istehsalçı olmuşdur.
Daimler-Benz alyansının təhlükəsizlik sahəsindəki uğurları 1980-ci illərdə də davam etməkdə idi. Pnevmobalışlar və dartıya nəzarət sistemi məhz bu şirkətin istehsal etdiyi avtomobillərdə ilk dəfə istifadə edilmişdir. Bundan əlavə, çox həlqəli ön asma sisteminin təqdim edilməsi avtomobillərdə sürücülük rahatlığı və idarə oluna bilmə qabiliyyətini nəzərə çarpacaq dərəcədə artıran yeniliklərdən idi. Bu texnologiya ilk dəfə Mercedes-Benz 190 E modelində tətbiq olunaraq, günümüzdə də bu şirkətin şassi mühəndisliyinin zəruri komponenti kimi qalmaqdadır.
Doxsanıncı illərdə, istehsalçının AMG ilə əldə etdiyi işbirliyinə dair razılaşması sayəsində Mercedes-Benz avtomobilləri öz güc və performanslarını bir qədər də artırmış oldular, sonralar bu mükəmməlləşdirmə və tyuninq emalatxanası şirkət tərəfindən mənimsənilərək bəzi avtomobil modellərinin yüksək-performanslı versiyalarının işlənib hazırlanmasına yardım etməyə davam edirdi. Birləşmiş Ştatlarda təklif olunmuş ilk AMG modeli, 1995-ci ildə idman üslubunda istehsal olunmuş C36 AMG olmuşdur; həmin vaxtdan günümüzədək Mercedes şirkəti avtomobillərinin demək olar ki bütün modelləri üçün AMG-tyuninqli versiyaları təklif edə bilmə səviyyəsinə çıxmışdır.
Şirkətin günümüzdəki hasilat diapazonu hər zaman olduğundan daha geniş və əhatəlidir. Yük avtomobillərindən ambulanslara hər sahədə uğurla özünü doğruldan Mercedes şirkətinin hazırda sərgi-nümayiş salonlarını dolduran sedan, kupe, cip, pickup və eləcə də rodster müxtəlifliyi ilə demək olar çatışmayan bir cəhəti yoxdur. Sadalanmış bütün digər tipli avtomobillərinin, illər öncə olduğu kimi bu brendin maşın aləmindəki alilik statusunun günümüzdə də toxunulmaz qalmasının təminatçıları olması isə şübhəsizdir.
"Mersedes-Benz"in loqotipi 1909-cu ildə işlənib hazırlanmışdır. Mənası isə "quruda, suda, havada" deməkdir. Çünki şirkət avtmobildən əlavə gəmi və aviasiya mühərrikləri də istehsal edirdi.