Merina (həmçinin Imerina, Antimerina və ya Hova) — Madaqaskarda sayına görə ən böyük etnik qrup.[3][4] Merinalar ölkənin on səkkiz rəsmi etnik qrupundan biridir.[5][6] Onların mənşəyi əsasən eramızın V əsrindən əvvəl gələn Malaylar və yüzillər sonra gələn ərəblər, afrikalılar və digər etnik qrupların qarışığıdır.[7] Merinalar Madaqaskarın rəsmi Malagasi dilinin Merina ləhcəsində danışırlar.[7]
Merina qızlar |
Ümumi sayı |
---|
> 5 milyon[1] |
Yaşadığı ərazilər |
Madaqaskar |
Dili |
Dini |
Xristianlıq və ənənəvi din |
Qohum xalqlar |
Betsileolar, Malaqasilər, Avstroneziya xalqı[2] |
Merina xalqı ən çox adanın mərkəzində rast gəlinir. 18-ci əsrin sonlarından başlayaraq Merina suverenləri, nəzarət altındakı siyasi bölgəni daxili paytaxtlarından, adalara doğru genişləndirdilrə. Kral I Radamanın dövründə bütün ada onların hakimiyyəti altında birləşdi. Fransızlar 1883-1885-ci illərdə Merina xalqı ilə iki müharibə etdi. Fransızlar 1895-ci ildə Madaqaskarı işğal edərək 1895-96-cı illərdə müstəmləkəyə çevirdilər və 1897-ci ildə Merina monarxiyasını ləğv etdilər.[7]
Merina xalqı iyerarxik kastalarla, miras qalmış peşələr və endogamiya ilə sosial təbəqələşmişdir.[8] Merina xalqının əsas və uzun müddət xidmət edən monarxlarından biri və ya ikisi kraliçalar idi.[9]