Meshuggah — 1987-ci ildə İsveçin Umea şəhərində yaranmış eksperimental metal qrupudur. Meshuggahın ardıcıl işləri öncəliklə qurucu üzvləri vokalist Cens Kidmanı və bas gitarist Fridrik Thordendalı, 1990-cı ildə qoşulmuş zərb ifaçısı Tomas Haak'ı və 1992-ci ildə qoşulmuş ritm gitaristi Mårten Hagströmü tapmaq idi. Qrup indiyə kimi bir çox bas gitarist dəyişdirmişdir, ancaq hal-hazırda bu vəzifəni 2004-cü ildən bəri Dik Lovqrin yeinə yetirir.
Meshuggah | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
İlkin dövr: treş metal qruv-metal Sonrakı dövr: mat-metal eksperimental metal proqressiv metal cent |
Fəaliyyət illəri | 1987—h.h. |
Ölkə | İsveç |
Şəhər | Umeo |
Leybl |
Nuclear Blast Fractured Transmitter |
Heyət |
Yens Kidman Fredrik Tordendal Morten Haqstryom Tomas Haake Dik Lövqren |
Keçmiş üzvlər |
Nikls Landqrin Piter Nordin Qustav Hayelm |
www.meshuggah.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Meshuggah 1995-ci ildə yayımladığı "Destroy Erase Improve" adlı ikinci studiya albomu ilk dəfə dünya səviyyəsində diqqətləri öz üzərinə çəkdi. Qrup bu albomda sürətli templi death metal, thrash metal, proqressiv metalı caz elementləri ilə birləşdirmişdir. Qrup, 2002-ci ildə yayımladığı "Nothing" albomundan bu yana səkkiz simli aşağı köklənmiş gitara istifadə edir. Meshuggah daha çox innovativ və müasir musiqi tərzi, polimetrik mahnı qurulu və poliritmləri ilə tanınır. Meshuggah, Rolling Stone tərəfindən 10 ən vacib hard rok və heavy metal qrupundan biri və Alternative Press tərəfindən ən önəmli metal qrupu hesab edilir. Meshuggah kiçik müvəffəqiyyət əldə etsə də, underground musiqidə öz meylini yaratmış musiqi qrupudur.
Quruluşundan bu günə Meshuggah, yeddi studiya albomu çıxartmışdır, yeddi EP və səkkiz video klip. Qrup, Ozzfest və Download da daxil olmaqla, müxtəlif beynəlxalq festivallarda çıxış etmiş və 2008-2010-cu illərdə obZen dünya turuna yola çıxmışdır. Kolos adlı yeni studiya albomu 2012-ci il 23 mart tarixində yayımlandı. "Nothing" və sonrakı albomları Billboard 200 siyahılarında yer almışdır. Ticari baxımından Meshuggah'ın ən uğurlu albomu olan Kolos, ilk həftə üçün 18342 ədəd nüsxə sataraq ABŞ-də 17-ci yeri tutmuşdur. 2006 və 2009-cu illərdə, qrup İsveç Qremmi Mükafatına namizəd olmuşdur.
1985-ci ildə gitarist Fridrik Tordendal, İsveçin şimalında 105.000 əhalisi olan kollec şəhəri Umeada öz metal qrupunu yaratdı. Metallien adlı bu qrup, dağılmazdan əvvəl bir neçə demo hazırladı. Lakin Tordendal buna baxmayaraq, qrup dağıldıqdan sonra yeni qrup üzvləri ilə başqa ad altında öz yoluna davam etdi.
1987-ci ildə vokalist və gitarist Cens Kidman Meshuggah qrupunu yaratdı. Meshuggah idiş dilindən götürülmüşdür və mənası -"dəli" deməkdir. Qrup, Kidmanın gedişindən əvvəl, qalan üzvlərin də gedişini sürətləndirən bir neçə demo yazmışdı. Daha sonra Kidman, gitarist Thordendal, bas gitarist Piter Nordin və zərb ifaçısı Niklas Lundgrin ilə birlikdə Calipash adlı qrupu yaratdı. Thordendal, həmçinin Kidmanın da gitarist olaraq çaldığı bu qrupun adını Meshuggah olaraq geri qaytardı.
1989-cu ildə qrup, öz adını daşıyan üç mahnıdan ibarət "Meshuggah" adlı EP albomunu yayımladı. Bu 12" (30 sm) ölçülü vinil EP min ədəd satıldı. Albomun arxa üzündə, sifətləri pendirə batmış qrup üzvlərini əks olunmuşdur.
1990-cı ildə zərb ifaçısı Niklas Lundgrini Tomas Haak əvəz etdikdən sonra Meshuggah, Alman heavy metal səsyazma şirkəti olan Nuclear Blast ilə müqavilə imzaladı və "Contradictions Collapse" adlı ilk tam albomunu yayımladı. Albom dinləyicilər tərəfindən müsbət dəyərləndirildi lanki yaxşı satış müvəffəqiyyəti əldə edə bilmədi. Qısa bir müddət sonra Kidman vokal üzərində işləməyə başladı. Artıq qrupla birgə çalmağa başlayan Haak qrupun altıncı ilində heyətə qəbul edildi. Qrup bu yeni heyəti ilə birlikdə "None" adlı EP albomu yazdı. Lakin albom daha sonra, 1994-cü ildə yayımlandı. Bu albomun, sözləri yapon dilinə çevirilmiş yapon versiyası da yayımlandı.
Bu müddət ərzində, dülgər kimi işləyən Thordendal, qəza nəticəsində sol əlinin orta barmağını itirdi, təsdüfən Haake da qəza nəticəsində əlini yaraladı. Bu olanların nəticəsi olaraq qrup bir neçə ay fəaliyyət göstərə bilmədi. Sonra Thordendal'n barmağı müəlicə olundu və sağaldı. 1994-cü ilin aprel və may aylarında "Selfcaged" adlı EP yazıldı, ancaq bəzi problemlər səbəbilə albom 1995-ci ildə yayımlandı.
1995-ci ilin yanvar ayında, Meshuggah, səsyazma şirkəti Nuclear Blast tərəfindən təşkil edilmiş qısa Avropa turu həyata keçirdir. Daha sonra, qrup prodüser Daniyel Berqstrand ilə birlikdə "Destroy Erase Improve" albomunu yazmaq üçün Uppsala-dakı Soundfront adlı studiyaya qayıdır. Qısa müddət sonra, qrup Machine Head ilə birlikdə iki aylıq Avropa turuna çıxır. Tur zamanı, Nordin xəstələnir və daxili qulaq balansı ilə bağlı çətinliklər yaşayır. Xronik baş dönməsi və tarazlığı qoruya bilməməsi nəticəsində Nordin məcbur turu tərk etməli və İsveçə qayıtmalı olur. Machine Head-in bas gitaristi Adam Duce, yoxluğunu hiss etdirməmək üçün onun yerinə keçməyi təklif edir lakin, Meshuggah 4'lü olaraq davam etməyi qərara alır. Qrupun iki gitara ilə çıxış etdiyi əksər vaxtlarda Thordendal bəzən bas gitara da çalırdı. Beləliklə, Högström normaldan daha aşağı oktavada çala bilmək üçün pitch shifter effektindən istifadə edə biləcəkdi. Pitch shifter - brutal vokalların üzərində, səsyazmadan sonra və ya səsyazma əsnasında səs aralıqlarının incəldilib, qalınlaşdırılması məqsədilə verilən effektdir.
"Destroy Erase Improve" albomu 1995-ci ilin iyul ayında, "ağır temp və abstrakt yanaşma" təndiqçilərinin müsbət reaksiyası ilə yayımlandı. Kidman albomun üz qabığını bu cür təsvir etmişdi: "Başlıq, kitabxanadakı arayış kitablarından kəsib oğurladığımız şəkillərə uyğundur."
1995-ci ilin ortalarında, Meshuggah İsveçin metal qrupu olan Clawfinger ilə Skandinaviya və Almaniyada qısa tura çıxmışdı. Nordin xəstələndiyi üçün qrupu tərk etmişdi və onun yerinə tur üçün bas gitarist Gustaf Hielm qoşulmuşdu. 1995-ci ilin axırlarında, Meshuggah Hypocrisy ilə bir aylıq tura çıxdı.
1996-1997-ci illər ərzində, Thordendal Skandinaviyada 1997-ci ilin martında, Yaponiyada isə 1997-ci ilin Aprelində çıxacaq olan "Sol Niger Within" adlı öz solo albomunun üzərində işləyirdi. Meshuggah yayımlanmamış demo'sunu yazdı, arabir tura çıxdı və vətənində bir-iki konsert verdi. May ayında, Meshuggah ümumi rəhbərliyə və səsyazma şirkətinə yaxın olmaq üçün Stokholma köçdü.
"The True Human Design" adlı EP, 1997-ci ildə yazıldı və həmin ilin sonlarında yayımlandı. Bu alboma "Sane" adlı yeni mahnı, və Destroy Erase Improve albomunun "Future Breed Machine" adlı açılış mahnısının bir canlı və iki alternativ versiyası da daxil idi. Thordendalın solo albomu olan Sol Niger Within eyni zamanda Birləşmiş Ştatlarda çıxarılmışdı və Meshuggah növbəti albomu ilin sonuna planlaşdırırdı.
Qustav Hielm iki il qrupla çaldıqdan sonra 1998-ci ilin yanvar ayında rəsmi üzv kimi heyətə daxil oldu. "Contradictions Collapse" albomu None albomundan olan əlavələrlə birlikdə Nuclear Blast tərəfindən yenidən yayımlandı. 1998-ci ilin may ayında növbəti albomun adı açıqlandı. "Chaosphere" olaraq bildirilən albomun yazılımına başlandı. Albom hazırlığını bitirdikdən dərhal sonra Meshuggah qısa ABŞ turuna çıxdı və albom 1998-ci il noyabr ayında yayımlandı. Albom yayımlandıqdan qısa bir müddət sonra Meshuggah, Entombed qrupu ilə birlikdə Skandinaviya turuna çıxdı.
1999-cu ildə Meshuggah Slayer ilə birlikdə ABŞ turuna çıxdı. Yeni album və canlı çıxışlarından sonra, Meshuggah özünəməxsus musiqi tərzi, gitara, zərb və metal jurnalları ilə tanınmağa başlamışdı. 1999-cu ilin ortalarında Meshuggah İsveçdə təşkil olunmuş bir neçə konsertdə iştirak etmişdi. Qrup yeni materillar yazmağa başlamışdı, lakin 2000-ci ilin ortalarında bildirmişdi ki, mahnı yazmaq elə də dramatik deyil, ama biz asta asta yazırıq. Dinləyicilər yeni albomu gözləyərkən, demolar toplusu (Psykisk Testbild EP-dən), remikslər və Caosphere sessiyalarından yayımlanmamış mahnılar "Rare Trax" albomu kimi çıxarılmışdı. 2001-ci ilin iyulunda Hielm bilinməyən səbəblərdən qrupu tərk etdi. Meshuggah, Tool ilə birlikdə uzun tura çıxdı və bu turda 100,000-dən çox dinləyici üçün səhnə aldı.
2002-ci ilin martında, Meshuggah öz ev studiyasında Haak'ın Drumkit from Hell nümunəsindən proqramlanmış zərb ilə üç mahnı demosu yazdı. Qrup növbəti albomu may ayında, 5-6 həftə arzində yazdı və Uppsaladakı Dug Out Studiyasında və vətəni Stokholmda öz ev studiyasında çıxardı. 2002-ci ilin Ozzfest turuna qatılmaq üçün son dəqiqə qərarı, qrupu, albomu iki gün ərzində qarışdırıb bir bütöv halına gətirmək məsburiyyətində qoydu. Meshuggah səsyazmanı bitirdikdən dərhal sonra ABŞ turuna çıxdı.
ABŞ-də ilk həftəsində 6525 ədəd nüsxəsi satılmış və Billboard 200-də 165'ci yeri tutmuş "Nothing" ablomu 2002-ci ilin avqust ayında yayımlandı. Bu albomla Meshuggah, Nuclear Blast Records tarixində ilk dəfə Billboard 200 siyahısını çatlatmış ilk qrup və həmçinin Rolling Stone jurnalında nəzərdən keçirilməsi üçün Nuclear Blast-a yazılmış ilk qrup oldu. Meshuggah'ın əvəlki iki buraxılışlarının nüsxələri, 1998-ci ilin Chaosphere-i və 1995-ci ilin Destroy Erase Improve albomları, müvafiq olaraq 38773 və 30712 ədəd satılmışdı. 2002-ci ilin sonunda, qrup Tool ilə birlikdə başqa bir ABŞ turuna çıxdı. Bu səfət tura Meshuggah başçılıq edirdi.
2003-cü ildə, Hagström: "Yalnız bir şey var ki, hiss edirəm ki, həqiqətən önəmlidir. Biz heç vaxt uğurumuzu satış baxımından ölçməmişik, çünki biz yetəri qədər ekstremal qrupuq. İnsanların bizim hardan gəldiyimizi bilmələri daha önəmlidi. Mən daha çox rastlaşıram ki, dinləyici gəlib mənə deyir ki, biz metal musiqiyə olan baxışımızı dəyişdik, nəyinki 200 uşağın bunu almasına səbəb oldum. Düzdür, pul baxımından bu yaxşı olardı, amma məqsədimiz bu deyil. Belə ki, mənim görmək istədiyim irəliləməyimizi inkişaf etdirmək və davam etməyimizdi. "Destroy Erase Improve", qrupun dinamikasını, "Chaosphere" aqressivliyi göstərirdi. "Nothing" isə, əslində, daha çox təhlükəli, qaranlıq və kifayət qədər ağır albom idi. Dürüstcə desək, hara getdiyimizi bilmirəm. Ola bilər ki, bu hamsının qarışığıdır" deyərək qrupun növbəti albomunun istiqaməti haqqında ip ucu vermişdi.
2004-cü ilin fevral ayında bas gitarist Dik Lovqrin qrupa qoşuldu. Sonra qrup "I" adlı 21 dəqiqəlik bir mahnıdan ibarət EP albom yazır və yayımladı. Meshuggah bu albomun üzərində altı ay işlədi. Qrupun proqramlaşdırılmış zərb ilə işlədiyi yeganə albomu Catch Thirtythree 2005-ci ilin may ayında yayımlandı. ilk həftə 7000 nüsxə satan Catch Thirtythree albomu, 2005-ci ilin iyun ayında Billboard 200 siyahısında 170-ci yeri tutmuşdu. "Shed" mahnısı üçün çəkilən video klip, iyun ayında yayımlandı. Nielsen SoundScan'ın məlumatına görə əvvəlki albom Nothing həmin tarixə qədər ABŞ-də 80,000 nüsxə satmışdı. Catch Thirtythree ilə qrup, İsveç Qremmi mükafatının qalibi oldu.
2005-ci ilin dekabrında Meshuggah, Warner/Chappell Music Scandinavia nəşriyyat şirkəti ilə sözləşməsinin üzərindən xətt çəkdikdən 10 il sonra, həmin şirkətlə əməkdaşlığını genişləndirdi. 2005-ci ilin noyabrında, Haake müsahibədə demişdi ki, "Chaosphere" və "Nothing" albomlarının buraxılışları ilə razı qalmayıblar, çünki turda olduqları üçün onlara sərf etmək üçün yetəri qədər zamanları olmayıb.
"Nothing" albomunun yenidən yazılmış gitara ilə remiks olunmuş versiyası 2006-ci il 31 oktyabr tarixində Nuclear Blast şirkəti tərəfindən xüsusi formalı kitab qabında üç ölçülü hologram kard kimi buraxılmışdı. Bu buraxılışa həmçinin qrupun Download 2005 festivalındakı çıxışı və "Rational Gaze", "Shed" və "New Millennium Cyanide Christ" mahnılarının rəsmi klipləri olan CD də daxil idi.
Meshuggah "obZen" albomunu yazmaq üçün studiyaya qayıtdı. Albom yazıldı və 2008-ci ilin mart ayında yayımlandı. Bu albom üçün qrup, demək olar ki, bir ilini sərf etdi. Bu, qrupun indiyə kimi olan ən uzun albom hazırlığı sessiyasıdı. İlin böyük hissəsi yazdıqları mahnıların ifa edilməsini öyrənməyə sərf olundu, təkcə səsyazma isə altı ay çəkdi. ABŞ-də ilk həftəsində 11400, altı ay ərzində isə 50,000 nüsxəsi satılaraq, obZen Billboard 200 qrafikində 59-cu yerə qalxdı. ObZen ilə Meshuggah medianın daha çox diqqətini əldə etdi və daha çox dinləyici cəlb etdi. Albomun ardından qrup, ABŞ-də başlayıb Avropada, Asiya və Avstraliyada davam edən dünya turuna çıxdı.
2008-ci ilin mayında, Meshuggah "Bleed" mahnısı üçün video klip çəkdirdi. Killswitch Productions bir açıqlamasında video klip üçün belə demişdi: "Klipdə musiqi və görüntünün bir biri ilə qarışımına icazə verən və özlərinin diqqət mərkəzində olmalarında israr etməyən qrupla işləmək həqiqətən əla idi".
2009-cu ilin yanvarında, obZen "Ən yaxşı Hard Rok" kateqoriyasında Qremmi mükafatına layiq görüldü. 2009-cu ilin fevralında, Haake açıqladı ki, qrup konsert və bir studiya albomu hazırlayır. Apreldə, Meshuggah 2009-cu ilin əvvəlinə olan Skandinaviya turunu, Haak'ın sağ ayağında yaranan fəqərəarası disklərin yırtığı səbəbilə ləğv etməli oldu. Haak daha sonra əməliyyat olundu və Avropa yay turunda iştirak edə bildi.
"Alive" adlı konsert albomu 2010-cu il 5 fevral tarixində Avropada və 9 fevral tarixində isə Şimali Amerikada yayımlandı. Thordendal belçikalı zərb ifaçısı olan Dirk Verburn ilə 2010-cu ilin iyun ayında ikinci solo albomu üzərində işləməyə başladı.
Yeni studiya albomu "Kolos" 2012-ci il 23 mart tarixində Almaniyada, 26 martda isə Avropanın digər ölkələrində və 27 martda isə Şimali Amerikada çıxarıldı. Kolos ilk həftəsində 18342 ədəd sataraq Billboard Top 200 qrafikində 17-ci yeri tutdu. İsveçrədə isə 12-ci yerə qalxdı.
2013-cü il 5 fevralda, Meshuggah "Pitch Black" adlı iki mahnıdan ibarət bir EP yayımladı. Albomda 2003-cü ildə Fridrik Thordendal tərəfindən yazılmış və daha öncə yayımlanmamış "Pitch Black" mahnısı yer alırdı. İkinci mahnı ObZen-dən "Dancers to a Discordant System" mahnısının canlı versiyası idi. Mahnı 2012-ci ilin dekabr ayında Hollandiya yazılmışdı.
Hazırkı üzvlər
Köhnə üzvlər