Treş metal

Treş-metal (ing. Thrash metal) — sürətli və ən ağır "metal" növüdür. "Thrash Metal"ın kökü 1970-ci illərin sonu 80-ci illərin əvvəllərindən, bəzi metal qruplarının hardkorpank musiqisinin həddindən artıq sürətləndirməsi ilə, klassik metal melodiyalarının birləşməsindən gəlir. Bu tərzin daha da inkişaf edib tanınmasında VenomMotorhead qruplarının böyük əməyi olmuşdur.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bəziləri 1981-ci ili, Thrash-ın yaranma ili kimi qəbul edir. Bəzilərinə görə isə bu, lap əvvəldən belədir. Black Sabbath-ın "Symptom of the Universe"-də (1975) ilk Tharsh riffi işlədilmişdir.

"İnto The Void" və "Children Of The Grave"-i də (hər 2-si 1971) buna aid etmək olar. Speed Metal-ın qabaqcıllarından olan Judas Priest-ın 1978-ci ildəki "Stained Class" adlı işlərində də Thrash-ın izləri var idi. Qrupun bateristi Les Blink-in tempolu ritmi ilə, sürətli gitara rifflərinin birləşdiyi "Tyrant"-ın canlı performansı Thrash-a yaxın idi.

İlk Thrash demosu Metal Church qrupunun "Red Skies" (1981) demosu sayıla bilər. Xronoloji olaraq ilk thrash demo çıxaran qrup Metal Church, 2-ci isə Metallica oldu (1982-cilin aprelində " Power metal ", həmin ilin iyulunda isə "No Life Til Leather" demosu).

1986-cı il bu metal növü üçün xeyli uğurlu oldu. Dark Angel qrupunun "Darkness Descends" albomu Thrash tarixinin ən sürətli thrash albomu kimi, Slayer "Reign İn Blood" ilə klassik olaraq, alman qrupu olan Kreator "Pleasure To Kill" ilə yeniliklərlə bərabər Death metala da təsir edən qrup kimi, Megadeth "Peace Sells" ilə yeni muzikal texnika gətirən, Metallica isə "Master Of Puppets" albomu ilə isə thrash-ı daha irəliyə aparan qrup kimi tarixə keçdilər. Thrash metal bütün dünyanı sarsıdan və bir çox əfsanəvi qrupları (Metallica, Slayer, Megadeth, Testament) özündə birləşdirən zəngin metal kimi sevilməkdədir.

Bu tərzə müraciət edən qruplar:

[redaktə | mənbəni redaktə et]