Mesolongi[1] (yun. Λιμνοθάλασσα Μεσολογγίου) — Yunanıstanda kiçik göl. Laqun mənşəli bu gölün sahəsi 100 km²-dir. Göl əsasən Evinos və Axeloos çaylarının akkumulyativ fəaliyyəti nəticəsində formalaşamışdır. İon dənizinin Patraikos körfəzi ilə əlaqəsi mövcuddur.
Mesolongi | |
---|---|
el/Λιμνοθάλασσα Μεσολογγίου | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 0 m |
Sahəsi | 100 km² |
Orta dərinliyi | 1,65 m |
Yerləşməsi | |
38°21′ şm. e. 21°22′ ş. u.HGYO | |
Ölkə | Yunanıstan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Antik zamanlarda gölün adı Kiniya (q.yun. Κυνία) idi. Strabon məlumat verir ki, Kiniya gölü Melita (Μελίτη) gölündən iki dəfə enli və uzun idi. Gölün ölçülərini Strabon belə göstərmiş: eni 30 stadiya, uzunluğu 20 stadiya[2].
Tarixən Mesolongi Axeloos çayının mənsəbində yerləşirdi və tədricən allüvial çöküntülər toplanırdı (qum və palçıq). Ona görə də laqunun dərinliyi çox azdır: 0,45—1,65 metr.
Axeloos çayı tədricən qərbə doğru axmağa başlamış və laqundan uzaqlaşmışdır. Ancaq dəniz axınları allüvial çöküntülərin böyük hissəsini çayın mənsəbindən şərəqə doğru aparır və Mesolong laqununda toplayır. Bu yolla göl çıxışında enli bir ada formalaşmış. Bu ada məhs göldən çıxışı bağlamış və gölün formalaşmasına səbəb olmuşdur. Mesolongi və Etolikona gəmilərin daxil olması üçün kanal çəkilmişdir.
Allüvial çöküntülərin hesabına göl sahillərində çoxlu dil formalaşmışdır. Hündürlükləri 1 metrdən artıq olmur. Gölün şimal hissəsi tədricən quruyur, daxildə isə ensiz ada formalaşır.
Mesolongi gölündən cənub-şərqdə, təxminən kvadrat formasında Klisova gölü formalaşıb. Gölün qərbind isə Turilis adası yerləşir.
Masolongi gölü özünün zəngin faunası ilə fərqlənir: kefalkimilər, dəniz xanı balığı, dəniz çapaq balığı, angvilkimilər və xulkimilər. Balıqçılıq müəssisəsi gölün dənizə çıxışında yerləşir. İllik balıq ovu 2000-4000 ton arasında dəyişir.
Mesolongi gözlü su-bataqlıq ərazisi kimi beynəlxalq önəmə mailkdir və Ramsar konvensiyasının 1974-cü ildə ki ratifikasiyası ilə qorunur.