Messerschmitt Me 262 Schwalbe (almanca "Qaranquş") İkinci dünya müharibəsinin sonlarına doğru istehsalına başlanılmış və döyüşdə aktiv iştirak etmiş cüt reaktiv mühərrikli alman döyüş təyyarəsidir. İlk reaktiv mühərrikli qırıcı olaraq bilinir.[1]
Messerschmitt Me 262 | |
---|---|
Messerschmitt Me 262 | |
Tipi | Reaktiv mühərrikli Qırıcı |
İstehsalçı | Messerschmitt |
Baş konstruktor | Villi Messerşmitt |
Dizayner | Villi Messerşmitt |
İlk uçuş | Aprel 1941 |
İstismara verilmə tarixi | Aprel 1944 |
İstimarının bitmə tarixi | May 1945 |
Status | xidmət xarici |
İstismarçılar | Almaniya |
Buraxılış sayı | 1430 |
Vikianbarda əlaqəli mediafayllar |
Müharibənin son zamanlarında Almanların ümid bağladığı üstün silahlardan biri olaraq bilinsə də ilk dizayn yanaşmaları 1939-cu ildə başlamışdır. Aviasiya və döyüş Nazirliyində taktika yanaşma və doktrinaya çıxan zabitlərin döyüşü qazanmaq üçün dövrün ənənəvi piston mühərrikli, pərvanəli təyyarələri kafi görməsi üzərinə, bu layihədən döyüşün ilk illərində istifadə edilməmişdir.
Villi Messerşmittin təyyarələrdə yüksək sürətlərdə ibarət müqavimət və müqavimət problemləri üçün təyyarə gövdəsinə bucaqlı şəkildə bərkidilmiş qanadlar üzərində işləri 1935-ci ilə dayanır. Me 262də də ilk başda 18.5 dərəcə bucaqlı qanadlar istifadə edilmişdir.
Mühərriklər və gövdənin yerə paralel bir vəziyyətə gətirilməsi, son şəklini almamış prototipləri üzərində görülən bu problemlər təsirli şəkildə həll edilmişdir.
İlk test uçuşları təyyarənin skeletini test etmə məqsədli olaraq 1941 aprelində başlamışdır. Bu vaxt istifadə edilməkdə olan BMW 003 reaktiv mühərriklərinin qeyri-kafi qala biləcəyi düşüncəsiylə təyyarənin burnuna bir pərvanə və güc qaynağı olaraq Junkers Jumo 210 mühərriyi əlavə olunmuşdur. Yalnız reaktiv mühərriklərinin istifadə edildiyi ilk uçuşu iyul 1942 — edilmişdir. Adolf Hitlerin əmri ilə bombardman vəzifələrində istifadə edilməsi istənən bu yeni reaktiv üçün modifikasiyalar 1942-ci ilin sonlarında başa çatdırılmışdır. Güvənilməyən 003 motorları Junkers Jumo 004lər ilə dəyişdirilmişdir, lakin reaktiv mühərrik istehsalının çətinliyindən ötəri ardıcıl istehsal 1944-cü ilə qədər başlaya bilməmişdir . Mühərriklərin vaxtındaa istehsal olnunmamasının ən böyük səbəbi istiliyə davamlı metalların və xammalın Almaniyada tapılmaması idi. Bu mühərriklər tamamlandığında isə gözlənilən ömrü 50 saat, xidmət ömrü isə təxminən 12 saat olmaqda idi. Ənənəvi bir mühərrik olan DB601 ilə müqayisədə bu müddətin onda biri qədər olduğu görülər. İstiliyə davamlı metal təbirini haqqında danışdığımız xrom yalnız Türkiyədə tapılırdı və bu xammalın hamısı o sırada İngilislər tərəfindən Türklərdən satın alınmışdı.