MetLife Tower

Metropolitan Life Tower (Metropoliten Layf Tauer kimi oxunur; ing. The Metropolitan Life Insurance Company Tower və ya Metropolitan Life Tower və ya MetLife Tower) — Nyu-York şəhərində yerləşən göydələn, 1909-cu ildən 1913-cü ilə qədər şəhərin ən uca binası idi. 6 fevral 1978-ci ildə tikili ABŞ-nin tarixi yerlər reyestrinə əlavə olundu. Hündürlüyü 213 metrə bərabərdir və 50 mərtəbəyə malikdir. 1913-cü ildə Nyu-Yorkda 46 metrlik Vulvort Bildinq tikildi ki, bu da öz növbəsində hündürlüyə görə MetLife Tower-i 33 metr üstələdi. Metropolitan Life Tower üzərində 8 diametrlik 4 saat siferblatı yerləşdirilib, rəqəmlərin hündürlük ölçüsü 1,2 metrə bərabərdir. Dəqiqə əqrəbi 500 kq ağırlığındadır. 2002-ci ildə binaya mövsümə və əlamətdar hadisələrə görə işıqlandıran çıraqbanlıq sistemi inteqrasiya edildi.

Metropolitan Life Tower
Xəritə
Ümumi məlumatlar
Növü göydələn, ofis binası[d], Otel
Memarlıq üslubu Neointibah memarlığı
Ünvan Medison Avenyu, 1[1], Manhetten,
Ölkə
Şəhər Nyu-York şəhəri
Koordinatlar 40°44′28″ şm. e. 73°59′15″ q. u.
Tikintisinin başlaması 1890 (ilkin şərqi qanadı)
1905 (qüllə)
1955 (hazırkı şərq qanadı)
Tamamlanıb 1893–1905 (ilkin şərqi qanadı)
1909 (qüllə)
1957–1960 (hazırkı şərq qanadı)
Sökülüb 1953–1955 (ilkin şərqi qanadı)
Sahibi Abu Dhabi Investment Authority
Hündürlük
Hündürlük 210
Memarlıq Napoleon LeBrun & Sons
Texniki detallar
Material polad, əhəng daşı
Mərtəbə sayı 50
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müasir dövrdə

[redaktə | mənbəni redaktə et]

2005-ci ilin mart ayında SL Green Realty Corp, qülləni yaşayış yerlərinə çevirmək niyyəti ilə satın aldı. 2007-ci ilin may ayında qüllə və ona aid hüquqlar 200 milyon dollara Africa Israel Investments şirkətinə satıldı.[3] 2011-ci ildə Tommi Hilfiger və ortaqları binanı lüks mənzillərə sahib ilk "Hilfiger" otelinə çevirməyi planlaşdıraraq 170 milyon dollara almaq üçün müqavilə imzaladılar. Lakin "Hilfiger" 2011-ci ilin sentyabrında layihədən imtina etdi.[4]

  1. "NYCityMap". NYC.gov. New York City Department of Information Technology and Telecommunications. May 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 20, 2020.
  2. 1 2 archINFORM (alm.). 1994.
  3. "Clock Tower at Five Madison Goes for $200 M". The New York Observer. May 15, 2007. 2011-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2011.
  4. "Marriott Buys the Clock Tower". StreetBeat. 2012-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-22.