Metasekvoya (lat. Metasequoia) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi.
Metasekvoya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Metasekvoya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bitkinin adı yunanca "meta" ("arasında") sözündən götürülmüş və yapon paleobotaniki S. Miki tərəfindən sekvoya cinsinə yaxın olduğu qeyd edilmişdir. Təbii şəraitdə ancaq Çinin Siçuan və Xubeyda rayonlarında rast gəlinir. Metasekvoyanın qazıntı halında tapılmış qalıqları Asiyada, Şimali Amerikada, Qrenlandiyada və Şpisbergendə aşkar edilmişdir. Bu cins Təbaşir dövründə yaranmışdır və Oliqosendə inkişaf etmişdir. Hazırda metasekvoyaya bitkisinə Fransa, İngiltərə, Polşa, Norveç, Finlandiya və Alyaskada rast gəlmək olar. Bu bitki isti kontinental iqlimi olan ölkələrdə bitir, ancaq rütubətli subtropik iqlimli ərazilərdə yaxşı inkişaf edir. Hündürlüyü 40 m, gövdəsinin diametri 2,5 m olub, yarpağını tökən ağacdır. Budaqları və cavan zoğları qarşılıqlı yerləşir. Çətirinin forması konusvarı, yaşlandıqda isə şarşəkilli olur. Qabığı tünd-qonur, qırışlı, soyulandır. İynəyarpaqları yayda tünd-yaşıl, payızda qırmızı-qonur olur, sonrakı dövrdə isə qısa zoğlarla birlikdə tökülür. Alt tərəfində hər birində 4–6 sıra olmaqla 2 ağızcıqlı kanal yerləşir. Erkək çiçəkləri zoğun ucunda yerləşir, erkəkcikləri 20 ədəddir, tozcuq toxumları qabarcıqsızdır. Dişi çiçəkləri 22–26 meyvə yarpağının birləşməsindən əmələ gəlib, üzbəüz yerləşir, üst və alt cütləri sterildir. Sallaq qozaların uzunluğu 1–1,5 sm olub, 20–28 qabıqlıdır, 5–9 yumurtacıqlıdır, qoza qabıqları qalxanşəkilli, oduncaqlıdır. Toxumları yığcam (5–9) qanadlıdır. Hazırda 10-dan çox növü vardır. Toxum və qələmlərlə çoxaldılır. Göllərin sahillərində və yapon bağlarında yaşıllaşdırmada istifadə olunur. Son dövrlərdə Bakının park və bağlarında rast gəlinir.