Metil-etil keton (butanon) CH3-C(O)-CH2-CH3-alifatik ketonların homoloji qrupunun ikinci üzvü olan ketonlar sinfinin kimyəvi birləşməsidir.
Metil-etil keton | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | CH3-C(O)-CH2-CH3 |
Molyar kütlə | 72,12 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0.8050 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -86,3 °S |
Qaynama nöqtəsi | 79,6 °S |
Buxarın təzyiqi | 78 ± 1 mm Hg[1] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 78-93-3 |
PubChem | 6569 |
SMILES | CCC(=O)C |
RTECS | EL6475000 |
ChEBI | 28398 |
ChemSpider | 6321 |
Metil-etil keton asetonun qoxusunu xatırladan rəngsiz uçucu mayedir. Su ilə məhdud bir halda,əksər üzvi həlledicilərlə isə istənilən nisbətdə qarışır. Su ilə azeotrop bir qarışıq əmələ gətirir.
Sənayedə metil etil keton alınmasının bir neçə metodu var onlardan biridə n-butanın maye fazalı sərbəst radikalın oksidləşməsi zamanı baş verir. Reaksiya zamanı 23% metil etil keton alınır və sirkə turşusu alınır. Əsas sənaye üsulu isə butilen fraksiyasının üç mərhələli işlənməsidir hansı ki, sintetik kauçuk zavodunda divinil istehsalında yan məhsul kimi istifadə olunur.
Metil etil keton toksiki maddədir. Bədənə dəri vasitəsilə daxil ola bilər; gözlərə, dəriyə, mərkəzi sinir sistemininə, tənəffüs yollarına zədə verə bilər. 3-5 dəqiqə ərzində 1 mq / l konsentrasiyasında bir insana gözlərin, burun və boğazın selikli qişasının qıcıqlanması -na səbəb olur, 30 mq / l - qıcıqlanma dözülməz hala gəlir.
Metil etil keton, perxlorovinil, nitrosellüloza, poliakril boyalarda və yapışqanlarda həlledici kimi istifadə olunur. Metil etil peroksidin alınmasındada istifadə olunur.