Bakı Metropoliteni

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti — Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin əsasında yaradılmış səhmləri tamamilə dövlətə məxsus olan qapalı səhmdar cəmiyyət.[1] 27 fevral 2014-cü il tarixindən quruma Zaur Hüseynov edir.[2]

Bakı Metropoliteni
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti
Loqonun şəkli
Bakı Metropoliteninin loqosu
Ümumi məlumatlar
Tipi qapalı səhmdar cəmiyyəti
Təsis tarixi 27 fevral 2014
Əvvəlki adı Bakı Metropoliteni İdarəsi
Baş qərargahın yeri Bakı şəhəri, Mikayıl Rəfili 16
Struktur
Ana şirkət Azərbaycan İnvestisiya Holdinqi

Bakı metrosuna nəzarət edən ilk qurum Bakı Metropoliteni İdarəsi olmuşdur. Bakı Metropoliteni İdarəsi 1966-cı il tarixində təsis olunmuşdur. 27 fevral 2014-cü il tarixində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin əsasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti təşkil edilmişdir. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin səhmləri dövlətə məxsus olan və Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisi olan şirkətdir.[1]

2022-ci ildə Xocasən ikinci yerüstü stansiyasının açılışı elan edildi.[3]

2023-cü ilin fevral ayında Bakı Metropoliteni metro xətlərində hərəkət edən yeni nəsil qatarların sayının 23-ə, vaqonların sayının isə 115-ə çatdırıldığını açıqlayıb.[4]

27 fevral 2014-cü il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Zaur Hüseynov "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olunmuşdur.[2]

Bakı Metropolitenin 2014-cü ildə istifadəyə verilmiş yeni loqosu
Bakı Metropoliteninin 2014-cü ilədək istifadə olunmuş keçmiş loqosu

2014-cü ilin iyul ayından etibarən Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti yeni loqosunu istifadə etməyə başlamışdır. 29 sentyabr 2014-cü il tarixində loqonu ictimaiyyətə təqdim edən qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev loqonun Bakı Metropolitenindəki beş hərəkət xəttinin rənglərindən ibarət, yəni sarı, mavi, bənövşəyi, qırmızı və yaşıl rəngli, "metro" sözünün birinci hərfi — "M" hərfi formasında olduğunu bildirmişdir.[5] Bu loqoya qədər isə yaşıl rəngdə tunel formasında və ortasında qırmızı rəngdə kiril əlifbasının "M" hərfi yazılmış loqodan istifadə olunmuşdur.

  1. 1 2 ""Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az. 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-23.
  2. 1 2 "Z.M.Hüseynovun "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az. 2022-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-23.
  3. "В Баку построили вторую наземную станцию метро" (rus). news.day.az. 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-03.
  4. "Хорошая новость для пользователей метро - ФОТО" (rus). news.day.az. 2023-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-21.
  5. Bakı Metropolitenindəki beş hərəkət xəttinin rənglərindən ibarət, yəni sarı, mavi, bənövşəyi, qırmızı və yaşıl rəngli, "M" hərfi formasında