Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Metro 2034 — rus yazıçısı Dmitri Qluxovski tərəfindən 2009-cu ildə yazılan fantastik roman. "Metro 2034" "Metro 2033" romanının davamıdır və bu romandan sonra da "Metro 2035" romanı gəlməkdədir. Metro romanları bağlı hazırlanan "Metro 2033" video oyununda bu romandakı hekayə də yer alsa da, davam oyunu "Last Light"da çox az oxşarlığa yer verilmişdir.
Metro 2034 | |
---|---|
Метро 2034 | |
Müəllif | Dmitri Qluxovski |
Janr | roman |
Orijinalın dili | rus |
Ölkə | |
Orijinalın nəşr ili | 2009 |
Səhifə |
448 (rus) 487 (ingilis) |
Növ | fantastika, psixoloji |
Əvvəlki | Metro 2033 |
Sonrakı | Metro 2035 |
2034-cü ildir. Artyom və dostlarının VDNX stansiyasını qaralardan xilas etməsindən 1 il ötür. Bu zaman digər stansiyada — Sevastopolskayada sirli hadisələr baş verir. Mutantların tez-tez hücumlarına məruz qalan stansiya onları silahla təmin edəcək karvanın gəlməməsi ilə çıxılmaz vəziyyətə düşür. Üstəlik digər stansiyalarla olan əlaqəsi sirli şəkildə kəsilmişdir. Son karvana nə olmuş və əlaqə niyə kəsilmişdir suala ortaya çıxır. Bu sirri açmaq üçün 3 nəfərdən ibarət qrup stansiyaya yollanır: Gənc Əhməd, xəyalpərəst Homer və qorxusuz stalker anter. Daha sonra səfərlərinə Saşa adında qız qatılacaqdır…
Kitab ilk romanda olduğu kimi böyük maraq görmüşdür. Rusiyada nəşr olunduğu ilk 6 ay içində 300.000 nüsxəsi satılmışdır və 2009-cu ilin ən yaxşı satılanlar siyahısına girmişdir. Həmçinin kitab romanının rəsmi saytında milyonlarla adam tərəfindən oxunmuşdur.