Metrobus

Rede Integrada de Transporte (Kuritiba, Braziliya) sistemi dayanacağı

Metrobus — ən müasir, əlverişli və üstün şəhər nəqliyyatı növüdür. Üç əsas müsbət parametri vardır:

  1. Qısa hərəkət intervalı və tez çatdırma,
  2. Əhalinin yüksək sıxlığı olan şəhərin mərkəzi hissələrinə işləyə bilməsi,
  3. Uyğunlaşma, ekoloji təmiz, alternativ nəqliyyat rejimi və komfortluq.

1. Metrobus, metro ilə avtobusun birləşməsi nəticəsində meydana çıxmış bir ictimai şəhər sərnişindaşıma növüdür.

2. Metrobus xəttində istifadə olunan nəqliyyat vasitələrinə aid məlumatlar

Metrobus xətdində istifadə olunan nəqliyyat vasitələri elektron idərəetmə sisteminə malikdir.

3. Metrobus iş prinsipi. Layihə üzrə nəzərdə tutulmuş xüsusi hərəkət zolaqlarına malik olduqlarından metrobus nəqliyyatı onların hərəkəti üçün nəzərdə tutulmuş həmin xətlərdə çox böyük surətlə hərəkət edə bilir. Metrobusların digər xüsusi hərəkət zolaqlı yollarla müqayisədə bəzi önəmli fərqli xüsusiyyətləri vardır.

• Dayanacaqlararası məsafə digər ictimai nəqliyyat (avtobus) sistemlərinə nisbətən daha uzundur.

• Gediş haqqı sərnişinin dayanacağa daxil olmasından əvvəl dayanacaqətrafı və yaxud digər ictimai nəqliyyat ödəmə terminallarında əvvəlcədən ödənilir.

• Metrobus yollarında ümumilikdə tək bir xatt fəaliyyət göstərir.

• Sərnişinlər ümumi qapılardan daxil olur və düşürlər.

• Minib-düşmələrin asınlıqla həyata keçirilməsi və vaxt itkisinin qarşısının alınması üçün dayanacaq platforması ilə metrobusa giriş yüksəklikləri eynidir və pilləli çıxış yoxdur.

• İstifadə olunan nəqliyyat vasitələrinin sərnişindaşıma və sərnişingötürmə həcmi daha yüksəkdir.

• Bu xətlərdə əlavə kat və ya kiçik tutumlu nəqliyyat vasitələrinində istifadə olunan kartlardan istifadə olunması doğru deyildir.

Bu özəlliklər səbəbi ilə sistemdən yararlanan-istifadə edən sərnişin sayı digər şəhər ictimai sərnişindaşıma sistemlərindən daha yüksəkdir. Sərnişinçatdırma vaxtı isə digər şəhər ictimai sərnişindaşıma sitemlərdən təqribən 30 % azdır.

Metrobuslar inkişaf etmiş naviqasiya sistemi ilə təchiz edilmişdir. Hazırda, dünyada bu texniki özəlliklərə və yüksək texniki standartlara malik və intensiv istehsal edilən başqa bir nəqliyyat vasitələri mövcud deyildir.

Metrobus sisteminin qurulması və texniki istismar xərcləri metro və digər oxşar ictimai sərnişindaşıma sistemlərindən dəfələrlə ucuz olduğundan dünyada inkişaf etmiş bir çox ölkələrdə geniş şəkildə tətbiq edilməkdədir.

Bakı şəhərində Metrobus nəqliyyatının tətbiqi və mümkün hərəkət marşrutlarını ilk dəfə Çingiz Rəhimov təklif etmişdir.