Çingiz Rəhimov

Çingiz Rəhim oğlu Rəhimov (6 yanvar 1956, Bakı) — tibb elmləri doktoru, professor, ATU ağız və üz çənə cərrahiyyəsi kafedrasının müdiri.[1]

Çingiz Rəhimov
Çingiz Rəhim oğlu Rəhimov
Doğum tarixi 6 yanvar 1956(1956-01-06) (68 yaş)
Doğum yeri
Atası Rəhim Rəhimov
Elm sahəsi tibb
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Təhsili
chinrahim.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çingiz Rəhimov 1956-cı il yanvar ayının 6-da Bakı şəhərində həkim ailəsində anadan olub. Keçmiş Sovet İttifaqında öz ixtisası üzrə ən gənc tibb elmləri doktoru adını almış mütəxəssis.36 yaşında dissertasiya müdafiə edərək bu elmi dərəcəyə yiyələnmişdir.[2] Təyinatı üzrə Naxçıvan şəhərində cərrah stomatoloq işləmiş, o dövrdə dünyanın aparıcı onkoloji elmi mərkəzlərindən hesab olunan Ümumittifaq Onkoloji Elmi Mərkəzinin baş-boyun şişləri ixtisası üzrə aspiranturasına daxil olmuşdur. Aspiranturanı 1984-cü ildə müvəffəqiyyətlə bitirərək müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. O, elmi fəaliyyətini davam etdirmiş və 1992-ci ildə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmiş və tibb elmləri doktoru alimlik dərəcəsini almışdır. Çingiz müəllimin rəhbərliyi altında 10 elmlər namizədi dərəcəsi müdafiə edilmişdir. Hal-hazırda da onun rəhbərliyi ilə kafedrada 5 tibb üzrə fəlsəfə doktoru və 1 tibb üzrə elmlər doktoru işi yerinə yetirilməkdədir. O, 39 il peşə, 37 il elmi-tədqiqat, 26 il pedaqoji təcrübəyə sahibdir. 120-dən çox elmi işin (onlardan 28-i PubMed-də dərc olunub) 3 monoqrafiyanın, 2 ixtiranın,4 texniki yeniliyin müəllifidir.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1992–1993 Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsinin müdir müavini (səhiyyə və sosial problemləri əhatə edən sahə üzrə kurator). 1993–1998 Azərbaycan Respublikası Nazirlər Kabinetinin səhiyyə və sosial problemlər şöbəsinin müdiri. 1997–2000 BMT-nin narkotiklərlə mübarizə üzrə Azərbaycan Respublikasında yardım proqramının Milli Koordinatoru. 2011-bu günə qədər İxtisas üzrə Rezidentura Qəbul Proqramına və test bankına daxil olmuş testlər üzrə, həmçinin qapalı rejimdən sonra imtahanda istifadə olunmuş sual kitabçalalarında təqdim olunan testlərin ekspertizası üzrə məsul şəxs. 2017 — Azərbaycan üz-çənə cərrahları cəmiyyətin sədri.

Peşə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1979–1981 Naxçıvan Muxtar Respublikasında ağız cərrah kimi sərbəst peşə fəaliyyətinə başlayıb. 1981–1984 Moskva şəhərində Ümumittifaq Onkologiya Mərkəzinin baş və boyun şişləri şöbəsində məqsədli aspirantura. 1986–1992 Moskva şəhərində Moskva Tibb Akademiyasının üz-çənə cərrahiyyəsi kafedrasında doktorantura. 1992 — bu günə kimi Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının professoru 1992–1993 Azərbaycan Respublikası Prezidentinin İcra Apparatının Humanitar siyasət şöbəsinin müdir müavini (səhiyyə və sosial problemləri əhatə edən sahə üzrə kurator). 1993–1998 Azərbaycan Respublikası Nazirlər Kabinetiinin Səhiyyə və sosial problemlər şöbəsinin müdiri. 1997–2000 BMT-nin Azərbaycan Respublikası üzrə Milli Əlaqələndiricisi. 2004–2015 Səhiyyə Nazirliyinin 1 saylı klinik Xəstəxanasının üz-çənə cərrahiyyə şöbəsinin müdiri. 2007, 2012, 2017, 2022-ci ildə seçilərək günümüzə qədər öz fəaliyyətini Azərbaycan Tibb Universitetinin Ağız və Üz-Çənə Cərrahiyyəsi Kafedrasının müdiri vəzifəsində davam etdirir.

Azərbaycan səhiyyəsində ilk dəfə olaraq

[redaktə | mənbəni redaktə et]
  • Kraniofasial cərrahi əməliyyatlarını aparır.
  • Üz-çənə cərrahiyyəsində əməliyyatönü virtual planlaşdırmanı, plastik moddeleərin hazırlanmasını və naviqasion usulunu tədbiq edir.
  • Çənənin incik sümüyündən götürülən damar ayaqcıqda sərbəst autotransplantatla bərpasını yerinə yetirir.
  • Cərrahi əməliyyatdan sonraki çənə defektlərində dental implantlarla ortopedik reabilitasiya
  • Ambulator şəraitdə ümümi ağrısızlaşdırma altında müxtəlif növ ağız və üz-çənə cərrahi əməliyyatlarını icra edir.
  • Travmalar zamanı orbita rekonstruksiyalarında custom made titan lövhələrini tədbiq edir.
  • Gicgah-çənə oynağının artrosentezini aparır
  • Gicgah-çənə oynağının tam süni oynaq kompleksi ilə əvəz olunmasını aparır
  • Az invaziv transkoyuktival yolla orbitanın rekonstruksiyasını aparır
  • Kəllə-üz-çənə nahiyyəsində distraktorları tədbiq edir
  • Konorar yanaşma ilə Almacıq-orbita kompleksinin deformasiyaların aradan qaldırırır
  • Ziqoma implantasiyası əməliyyatını aparır.
  • Ortoqnatik cərrahiyyədə 3D sefalometriya metodları tədbiq edir

Atası akademik Rəhim Rəhimovdur. Anası Şükufə xanım Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun mütəxəssislərindən biri olmuşdur. Çingiz Rəhimov hal-hazırda ATU Böyük Elmi Şurasının üzvüdür. ATU Ağız və Üz-Çənə Cərrahiyyəsi Kafedrasının müdiridir. O həmçinin ATU Tədris-Cərrahiyyə Klinikasının Ağız və Üz-Çənə Cərrahiyyəsi şöbəsinin müdiridir.[3] ATU Stomatologiya Klinikasının direktor müavinidir.

Ailəlidir. İki qızı və bir oğlu var.

  1. "Ağiz və üz-çənə cərrahiyyəsi şöbəsi". 2016-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-20.
  2. "Arxivlənmiş surət". 2018-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-01.
  3. "Arxivlənmiş surət". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]