Metyu Bol (ing: Matthew Ball, Dekabr, 1993-cü il, Liverpul, Böyük Britaniya) - İngilis rəqqas. Hal-hazırda Royal Baletdə baş rəqqasdır.
Metyu Bol | |
---|---|
Matthew Ball | |
Doğum tarixi | |
Doğum yeri | Liverpul |
Vətəndaşlığı | |
Milliyyəti | Britaniyalı |
Təhsili | Royal Balet məktəbi |
Fəaliyyəti | Rəqqas |
Anası rəqs müəllimi, atası teatrşünaslıq müəllimi və yazar olan Bol, 1993-cü ilin dekabr ayında İngiltərədə, Liverpulda anadan olmuşdur.[1][2]
O, Royal Balet məktəbində təhsil alıb, 2013/2014-cü ildə Royal Balet truppasına qoşulmuş, 2015-ci ildə birinci dərəcəli artist, 2016-cı ildə solist, 2017-ci ildə birinci dərəcəli solist olmuş və 2018-ci ildən isə baş rəqqas olaraq Royal Baletdə fəaliyyətini davam etdirmişdir.[1]
Bol Londonun, Holborn səmtində yaşayır.[2]