Metyu Lenqford Perri (ing. Matthew Langford Perry; 19 avqust 1969[1][2][…], Vilyamstaun[d], Massaçusets, ABŞ – 28 oktyabr 2023[3][4], Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ[4]) — amerikalı-kanadalı aktyor, komik, icraçı prodüser, ssenarist və dramaturq. 1994–2004-cü illlərdə yayımlanan NBC televiziya sitkomu Dostlar serialında canlandırdığı Çendler Binq roluna görə bütün dünyada şöhrət qazanmışdır.[7][8]
Metyu Perri | |
---|---|
ing. Matthew Perry | |
Doğum adı | Matthew Langford Perry |
Doğum tarixi | 19 avqust 1969[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 28 oktyabr 2023[3][4] (54 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | boğulma[5], Həddindən artıq doza[d][6] |
Dəfn yeri |
|
Fəaliyyəti | televiziya aktyoru, film prodüseri, kino aktyoru, ssenarist, aktyor |
Fəaliyyət illəri | 1979–2022 |
Təhsili |
|
Boyu | 1,83 m |
IMDb | ID0001612 |
Vikianbarda əlaqəli mediafayllar |
Perri 19 avqust 1969-cu ildə Massaçusets ştatının Uilyamstoun şəhərində anadan olub.[9] Anası Suzen Morrison kanadalı jurnalistdir. Atası Con Bennet Perri amerikalı aktyor və keçmiş modeldir.[10][11] Valideynləri onun bir yaşında ayrılıblar və anası onu Ottava şəhərində böyüdüb. Məktəb illərində tennisə maraq göstərdi və üst səviyyəli oyunçu oldu.[12]
Perrinin həm Kanada, həm də Amerika vətəndaşlığı var.
Ulduz olmasına baxmayaraq, Metyu çoxlarının həsəd aparmayacağı bir həyat yaşayıb. Reaktiv xizək sürərkən keçirdiyi qəzadan sonra Perri həblərə aludə oldu.[13] Çəkisi qarşıdan gələn bir neçə il ərzində şiddətli dərəcədə artıb-azaldı. 2000-ci ildə serialın 7-ci mövsümünün ilk bölümündə, 20 kilo çəki itirdiyinə görə xarici görkəminin dəyişməsi tamaşaçılarda xeyli təəccüb yaratdı. İzləyicilər üçün bu qədər gülüş mənbəyi olmasına baxmayaraq, Perrinin şəxsi həyatı heç də gülüş doğurmurdu. "Qıraqdan baxıldığında hər şeyə sahib olduğumu düşünürlər, amma alkoqolizmdən əziyyət çəkdiyim üçün, çox tənha zamanlar keçirdim" – deyə qeyd etmişdi.[14] Perri daha sonralar BBC kanalına müsahibəsi zamanı, Dostlar serialında oynadığı üç ilini (üçüncü və altıncı sezonlar arasını) həmin vaxtlarda aludəçilik problemləri olması səbəbiylə xatırlamadığı dedi.[15]
28 oktyabr 2023-cü il tarixində Los-Ancelesdə evinin hamam otağında meyidi tapılıb.[16]
15 yaşında olarkən Perri aktyorluq etmək üçün Ottavadan Los-Ancelesə köçür.[17] Bir neçə seriallarda kiçik rollarda və qonaq aktyor kimi oynayır. Daha sonra, 1994-cü ildə ABŞ sitkomu Dostlar serialında oynamağa başladı. Serial olduqca uğurlu alındı və aktyorların hər birinin şöhrətini artırdı. Metyu aktyor Mett LeBlenk ilə birlikdə "Komediya serialında ən yaxşı baş rol" nominasiyası üçün Emmi namizədliyi qazandı.[18] İlk mövsümdə, baş rol ifaçıları bir seriya üçün 22.5 min dollar, üçüncü mövsümdə 75 min dollar qazandılar, 9 və 10-cu mövsümlərdə hər bölüm üçün gəlirləri 1 milyon dollara qədər yüksəldi.[19]
Perri 2011-ci il fevral ayından aprel ayına qədən yayımlanan ABC sitkomu "Cənab Sanşayn" serialının həmmüəllifi, icraçı produseri və aktyoru idi.[20]
Aktyor bir neçə ekran işində atası ilə birlikdə işləmişdir. Atası Con Perri Axmaqlar tələsir (1997) filmində[21][22] və Ağ xalatlılar serialının 4-cü mövsümünün "Mənim təkbuynuzum" adlı 11-ci bölümündə (2004) onun atası xarakterini canlandırmışdı.[23] Həmçinin, Dostlar serialında 4-cü mövsümün "Reyçelin yeni geyimi" adlı 18-ci bölümündə qonaq aktyor rolu ifa etmişdir.[24]
2018-ci ildə Business Insider Perrinin sərvətinin təxminən 80 milyon olduğunu bildirdi.[25]