Meydancıq (türk. Meydancık) — Qars ilinin Arpaçay ilçəsində kənd.
Meydancıq | |
---|---|
40°48′30″ şm. e. 43°22′47″ ş. u.HGYO | |
Ölkə | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 36730 |
Kənd əhalisi Oğuzlardan olan Azərbaycanlılardır. Kənd əhalisi əsasən 1918-ci ildə Göyçə mahalındakı erməni qırğınlarından canını sağ qurtaran azərbaycanlılar Türkiyəyə keçərək Arpaçayın sahilindəki Meydancıq kəndində məskunlaşanlardır. Köç edən əhalinin bir hissəsi Qars vilayətinin müxtəlif nahiyələrinə səpələnmişlər[1].
Kənddə ibtidai məktəb fəaliyyət göstərir. İçməli su şəbəkəsi yoxdur, Sanitariya qovşağı quraşdırılımışdır. Kəndin asfalt yolu, daimi elektriki və telefon qovşağı vardır.
Kənd Qars ilindən 45;km, Arpaçay ilindən isə 3;km məsafədədir.
İllərə görə əhali sayı | |
---|---|
2007 | 251 |
2000 | 239 |
1997 | ? |
Kəndin iqtisadiyyatı kənd təsərrüfatı və heyvandarlığa bağlıdır.