Meymunə binti əl-Haris (ərəb. ميمونه بنت الحارث; təq. 592, Məkkə – yanvar 672, Məkkə və ya Əməvilər xilafəti) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası.
Meymunə binti əl-Haris | |
---|---|
ərəb. مَيْمُونَة بِنْت ٱلَحَارِث ٱلْهِلَالِيَّة | |
Doğum tarixi | təq. 592 |
Doğum yeri | |
Vəfat tarixi | yanvar 672 |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşları | |
Vikianbarda əlaqəli mediafayllar |
O, Məkkədəki Bəni Hilal qəbiləsindən olmuşdur. Anasının adı Hind bint Avfdır[2]. Meymunə binti əl-Haris Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibin həyat yoldaşı Umm əl-Fədlin bacısı olmuşdur. Doğulanda onun adı Barra olur, lakin Məhəmməd peyğəmbər onun adını Meymunə qoyur[3]. Bütpərəstlik dövründə o, Məsud ibn Amrla evlənir, lakin sonra onu boşayır. Meymunə binti əl-Haris Əbu Ruxum ibn Əbdül-Uzzu ilə evlənmişdir. Bir müddət sonra o, dul qalır.
Məhəmməd peyğəmbər 628-ci ildə müsəlmanların ilk kiçik həcc ziyarəti (ümrə) zamanı Abbas ibn Əbdülmüttəlibin məsləhəti ilə onunla evlənir. O, onun son həyat yoldaşı idi, bundan sonra heç kimlə evlənməmişdir. Meymunə fəzilətli və dindar bir qadın olmuşdur. Onun nəql etdiyi 70-ə yaxın hədis məlumdur.