Abdullayev Meyxoş Kamil oğlu (02.02.1962) — azərbaycanlı şair, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000).
Meyxoş Abdullah | |
---|---|
Abdullayev Meyxoş Kamil oğlu | |
Doğum adı | Abdullayev Meyxoş |
Doğum tarixi | |
Doğum yeri | Xəlilabad, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Mənzər |
Uşaqları | Şəbnəm, Leyla, Azər, Şamxal |
Atası | Kamil |
Anası | Bibixanım |
İxtisası | iqtisadçı |
Fəaliyyəti | yazıçı, publisist |
Janrlar | roman, povest, hekayə |
İlk əsəri | Doktor Qəzənfər haqqında xatirələr |
Tanınmış əsəri | Alagöz |
Meyxoş Abdullah 1962-ci fevral ayının 2-də Cəlilabad rayonunun Xəlilabad kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir. (1984-1982). Tərxis olunandan sonra Bakı Maliyyə Kredit Texnikumunda təhsil almışdır (1984). Təyinatla göndərildiyi Cəlilabad rayon Baytarlıq İdarəsində baş mühasib vəzifəsində işləmişdir. (1984-cü ildən).
Ədəbi fəaliyyətə XX əsrin 80-ci illərindən başlamışdır.İlk qələm təcrübələri "Yeni gün", "Nəğmələr", "Son söz", "Xeyir və şər" və s. qəzetlərdə çıxmışdır.
"Doktor Qəzənfər haqqında xatirələr" (2000), "Cəlilabad baytar işçiləri" (2000), "Didərgin ruhlar" (2001) kitabları "Azərnəşr"də kütləvi tirajla buraxılmışdır.
Onun yazmış olduğu "Alagöz" hekayəsi 2002 -ci ildə Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun Milli mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis etdiyi "Yaddaş" mükafatına layiq görülmüşdür.Əsər keçirilən müsabiqədə 2-ci yeri tutmuş,"Gənclik" nəşriyyatının təşəbbüsü və maliyyə dəstəyi ilə nəşr edilmişdir.