Miçiaki Takahaşi

Miçiaki Takahaşi (高橋 理明, Takahaşi Miçiaki?, 17 fevral 1928, Hiqaşisumiyoşi[d]16 dekabr 2013, Suita, Osaka prefekturası)Yaponiya virusoloqu. O, çiçək xəstəliyinə qarşı ilk vaksin olan Oka vaksinini ixtira etməsinə görə tanınır.[2]

Miçiaki Takahaşi
yap. 高橋 理明
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Suita, Osaka prefekturası, Yaponiya
Vəfat səbəbi ürək çatışmazlığı[1]
İş yeri
Təhsili

Miçiaki Takahaşi 17 fevral 1928-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur.[2] 1954-cü ildə Osaka Universitetində tibb üzrə dərəcə əldə etmiş və 1959-cu ildə universitetin Mikrobial Xəstəliklər üzrə Tədqiqat İnstitutuna daxil olmuşdur.[3] Qızılca virusunupoliovirusu tədqiq etdikdən sonra 1963-cü ildə ABŞ-nin Beylor kollecində tədqiqat işləri aparmağa dəvət olunmuşdur.[2] 1964-cü ildə 3 yaşlı oğlu çiçək xəstəliyinə yoluxduğu üçün o, bu xəstəliyə qarşı vasitə axtarmağa başlamışdır.[2][3]

Takahaşi 1965-ci ildə Yaponiyaya qayıtmış və zəiflədilmiş çiçək xəstəliyi virusunu heyvan və insan toxumalarında sınaqdan keçirməyə başlamışdır.[2] Beş ildən sonra o, klinik sınaqlara keçmişdir.[2] 1974-cü ildə isə çiçək xəstəliyinə səbəb olan virusa qarşı ilk vaksini hazırlamışdır.[2] O, vaksini hazırlayarkən çiçək xəstəliyinə yoluxmuş bir uşağın vezikula mayesindəki virusdan yararlandığı üçün vaksinə həmin uşağın şərəfinə Oka adı verilmişdir.[3] Tezliklə Oka vaksini immunosupressiv pasiyentlərin üzərində sınaqdan keçirilmiş və effektiv olduğu təsdiqlənmişdir.[2] 1986-cı ildə Osaka Universitetinin Mikrobial Xəstəliklər üzrə Tədqiqat Fondu Yaponiyada yeganə çiçək xəstəliyi vaksinini yaymağa başlamışdır.[2]

Takahaşi 1994-cü ildə Osaka Universitetinin Mikrobial Xəstəliklər üzrə Təhsil Qrupunu direktoru təyin olunmuş və ölənə qədər bu vəzifəni tutmuşdur.[2] O, 16 dekabr 2013-cü ildə Osaka prefekturasında ürək çatışmazlığından ölmüşdür.[3]

Google 17 fevral 2022-ci ildə Takahaşinin 94 illiyi münasibətilə dudl yayımlamışdır.[2]

  • Saburo Kocima Memorial Mədəniyyət Mükafatı (1975)[4]
  • Asahi mükafatı (1985)[4]
  • VZV Tədqiqat Fondunun Elmi Nəaliyyət Mükafatı (1997)[4]
  1. 日本経済新聞 (yap.). 日本経済新聞社, 1876.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 "Dr. Michiaki Takahashi's 94th Birthday". Google (ingiliscə). 17 fevral 2022. 20 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2022.
  3. 1 2 3 4 "Dr Michiaki Takahashi: Why Google honours him today". Al Jazeera (ingiliscə). 17 fevral 2022. 20 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2022.
  4. 1 2 3 Artenstein, Andrew W. Vaccines: A Biography (ingilis). Springer Science & Business Media. 11 dekabr 2009. səh. 267. ISBN 978-1-4419-1108-7. 17 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2022.