Mişa Blek - yəhudi-ingilis dizayner və arxitektor.
Mişa Blek | |
---|---|
Misha Black | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Rusiya imperiyası |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Birləşmiş Krallıq |
Atası | Lyonel Çernıy |
Anası | Sofiya Dvinska |
Milliyyəti | yəhudi |
İxtisası | dizayner, arxitektor |
Fəaliyyəti | memar |
Mükafatları | Minerva mükafatı |
Mişa Blek 1910-cu ildə Bakıda yəhudi mülkədar ailəsində anadan olub.[1] 1912-ci ildə ailəsi ilə İngiltərəyə köçüb.
Təhsilinin az olmasına baxmayaraq innovativliyi ilə seçilən 1930-cu illərdə məşhurlaşmağa başlayıb. 1933-cü ildə Beynəlxalq Sənətkarlar Assosiasiyasını quran Mişa, həm də 1943-cü ildə Design Research Unit adlı bir şirkət qurdu. 1959-1979-cu illər arası Kraliyyət Sənət Kollecində professor olmuşdur. 1959-1961-ci illər arası Beynəlxalq Sənaye Dizaynı Birlikləri Assosiasiyasının prezidentliyini etmişdir. 1972-ci ildə cəngavər elan olunmuşdur.
Mişa Blek Vestminster küçə nişanlarının dizaynı ilə məşhurdur. Həmçinin 1958-ci il və 1961-ci illərdəki Britiş Reyl şirkəti üçün hazırladığı qatar dizaynları hələ də istifadə olunur. London metropoliteninin Viktoriya xəttində hərəkət edən 1967-ci il qatarlarının dizaynı da ona məxsusdur. 1978-ci ildə, ölümündən sonra Mişa Blek mükafatı təsis olunmuşdur.[2] Maks Blekin kiçik qardaşıdır.