Mişel Djotodiya — 24 mart 2013-cü ildən 10 yanvar 2014-cü ilə qədər Mərkəzi Afrika Respublikasının prezidenti olmuş siyasi və hərbi xadim. Bundan əvvəlsə o Mərkəzi Afrika Respublikasında münaqişədə iştirak edən Seleka üsyançı koalisiyasına rəhbərlik edib və 2013-ci ilin fevralında sülh müqaviləsinə uyğun olaraq, müdafiə nazirinin birinci müavini təyin olunub. 10 yanvar 2014-ci ildə Mişel Djotodiya ölkəni əhatə edən zorakılıq dalğasının öhdəsindən gələ bilməməsi səbəbindən ölkə prezidentinin səlahiyyəti adından könüllü imtina edib və Beninə qaçıb.
Mişel Djotodiya | |
---|---|
fr. Michel Am-Nondokro Djotodia | |
24 mart 2013 – 10 yanvar 2014 | |
Əvvəlki | Aleksandr Ferdinand Nquende |
Sonrakı | Fransua Bozize |
Şəxsi məlumatlar | |
Doğum adı | Michel Am-Nondokro Djotodia |
Doğum tarixi | |
Doğum yeri | Vakaqa |
Partiya | Demokratik Qüvvələrin Birliyi "Seleka" |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Dini | İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Mişel Djotodiya 1949-ci ildə Vakaqa şəhərində anadan olub. O SSRİ-də təhsil alıb və 10 il müddətində burada yaşayıb. O, burada ailə qurmuşdu və övladı var idi. 1980-ci illərdə o öz ölkəsində vergi xidməti əməkdaşı olmuşdu. Sonra Djotodiya iqtisadi planlaşdırma nazirliyində,bundan sonra isə xarici işlər nazirliyində çalışıb. Sudanın Nyala şəhərində konsul kimi xidmət göstərmişdi. 2004-2007 illərin vətəndaş müharibəsi zamanı Mərkəzi Afrika Respublikasının azad edilməsi uğrunda Vətənpərvər və demokratik qüvvələr birliyinin prezidenti idi. Müharibə zamanı Djotodiya Beninin Katonu şəhərində sürgündə olub. 2007-ci il noyabrın 20-də o öz nümayəndəsi ilə birlikdə Benin hökumətinin sorğusu əsasında məhkəmə qərarı olmadan həbs edilib. Onlar 2008-ci ilin fevralında sərbəst buraxılıblar.
2012-ci ilin dekabrından Djotodiya Seleka üsyançıların koalisiya başçılıq edir. 2013-ci ilin yanvar ayında prezident Fransua Bozize sülh danışıqlarında baş nazir postuna müxalifət nümayəndəsinin və üsyançıların qəbul edilməsinə razılıq verib. Nəticədə, fevralın 3-də baş nazir Nikolas Tyanqaye təsdiq edilib və Djotodiya müdafiə nazirinin birinci müavini təyin olunub.Bozize verilən vədləri yerinə yetirmədiyi üçün sülh sazişi pozulub və Seleka döyüş əməliyyatlarını bərpa edib. Martın 24-da üsyançılar Banqa şəhərində prezident sarayını ələ keçirdikdən sonra, Bozize Kameruna qaçdı Djotodiya isə özünü ölkənin yeni prezidenti elan etdi. Yanvarın 10-də Banqanın minlərlə sakini "Djotodiya istefa!" şüarı altında küçələrə çıxdı. Elə həmin gün Djotodiya istefa verdi.