Albodan çıxarılmış ilk sinql olan "Hold My Hand" mahnısı 15 noyabr 2010-cu ildə dinləyicilərə təqdim edilmişdir.[8][9] Mahnının klipi isə Mark Pellingtonun rejissorluğu ilə çəkilərək 9 dekabr 2010-cu ildə geniş ictimayətə təqdim edilmişdir.[10] Cümə günü, 10 dekabr 2010-cu ildə küçə elan tablolarında "Michael" albomunun üz qabığı sərgilənməyə başlandı. Həmin üz qabığı İngiltərədə hazırlanmış və ən böyük albom üz qabığı kimi Ginnesin rekordlar kitabına düşmüşdür.[11]
"Michael" 2010-cu ilin n çox satılan albomu olmuşdur. Albom 31 ölkədə üç milyon nüsxəylə satıldıqdan sonra beynəlxalq albom hit paradında birinci yerdə debüt etmişdir. Albom aralarında ABŞ, BK, Almaniya, Fransa və İtaliya kimi ölkələrin də olduğu 14 ölkədə platinium dərəcəsi ilə sertifikatlaşdırılmışdır.
12 noyabr 2010-cu il tarixində rəsmi şəkildə alboma 10 mahnı daxil olduğu elan edilmişdir.[6] "Breaking News" mahnısı albomdan ictimayətə təqdim edilmiş ilk mahnı radio dalğalarında səslənməyə başlamışdır. Mahnı 2007-ci ildə Nyu-CersidəSony studiyasında yazılmışdır.[6][9] Digər mahnılar Las-Veqas və Los-Ancelesdə müxtəlif studiyalarda lentə alınmışdır.
Ölümündən bir qədər əvvəl isə Maykl Cekson ifaçı-musiqi müəllifi Akon və prodüser RedOne kimi müasir musiqi istehsalçıları ilə birgə çalışması haqqında xəbər vermişdi.[12] İlk rəsmi sinql, Akonla duet şəklində ifa edilmiş "Hold My Hand" mahnısı 2008-ci ildə Las-Veqasda lentə alınmışdır.[13] Mahnının müəlliflərindən biri olan Claude Kelly "HitQuarters"ə verdiyi müsahibədə bildirir ki, mahnının mövzusu Maykl Ceksonunn özünün də həmişə qeyd etdiyi dostluq və birlikdəlik, həmrəylikdir.[13] Mahnı musiqisinin Ceksona məxsus not əlyazmasında isə məhz bu mahnının növbəti albomdan çıxarılamsı nəzərdə tutulan ilk sinql olması haqqında fikirləri də yer almışdır.[7] Lakin mahnı yarımçıq halda 2008-ci ilin iyulunda yayılmışdı. Mahnının çıxarılmasından sonra Akon qeyd etdi ki, mahnının son versiyasında ceksonun vokal ifasına daha çox yer verilmişdir. Mahnı qlobal səviyyədə 15 noyabr 2010-cu ildə 12:01 – də ictimayətə təqdim edilmişdir.[8][14]
Albomda Thriller dövrünə aid iki mahnı "Behind the Mask"[15] və "Much Too Soon"[16] mahnıları da yer almışdır. Həmçinin bu alboma daxil olan "(I Like) The Way You Love Me" mahnısı 2004-cü ildə "The Way You Love Me" adıyla demo versiyada "The Ultimate Collection" albomunda satışa çıxarılmışdır. "Michael" albomuna isə mahnının tamamlanmış və müəyyən vokal elementlər əlavə edilmiş versiyası daxil edilmişdir.[17] Alboma daxil olan "Best of Joy" mahnısı isə Ceksonun ən son işlərindən biri olmaqla 2009-cu ildə müğənninin ölümündən qısa müddət əvvəl tamamlanmışdır.[18][19]
Albomun üz qabığındakı rəsm əsəri, 2009-cu ildə afro-amerikan rəssam Kadir Nelson tərəfindən çəkilib və əsərdə Ceksonun karyerası boyunca hazırlanmış bir çox təsvirlərindən fərqli olaraq müğənninin başına tacı mələklərin qoyması təsvir edilmişdir.[9] Nelson qeyd edir ki, Cekson bir neçə il əvvəl özü ona müraciət edərək həyatının və karyerasının müxtəlif dönəmlərini əks etdirən bir əsər işləməsini istəmişdi. Lakin layihə gecikmiş, yalnız John McClainin təkidindən sonra tamamlanmışdır.[12]"Maykl qızıldan hazrlanmış zireh xarakterli paltar geyinmişdir və iki kupidon tərəfindən onun başına tac qoyulur" deyə Nelson qeyd edir. "O, əlini ürəyinin üstünə qoyub və Ceksonun böyük ürəyinin və fanatları arasında olan möhkəm əlaqənin simvolu kimi görünür. Mayklın çiyinində isə elitarlıq simvolu kimi monarx kəpənəyi əyləşmişdir. Onun musiqi tarixi, heç vaxt onu keçmişdə qalmağa qoymayacaq" deyə rəssam vurğulayır.[12][20] Albomun üz qabığının Sony tərəfindən çıxarılmış orijinal təsvirində qabarcığın içində Prinsinsimvolu təsvir edilmişdir. Bu isə alboma Prinsin mahnılarının da Maykl Cekson tərəfindən ifa edilmiş versiyalarının daxil edilməsi haqqında müzakirələrə səbəb olmuşdur. Lakin Prinsin mətbuat xidməti bu haqqda rəsmi məlumat yayaraq buna icazə verilməməsini bildirmişdir.[21] Bundan sonra isə simvol üz Sonynin rəsmi saytlarında yayılmış üz qabıqlarından çıxarılmışdır.[21]
"Breaking News" albomdan ictimayətə təqdim edilən ilk mahnı olmuşdur. 5 noyabrda mahnının video reklamı Ceksonun rəsmi veb saytında yayımlanmağa başlandı. Videoda müxtəlif məşhur teleaparıcıların mahnının giriş musiqisi fonunda Cekson haqqında xəbərlər verməsi təsvir edilmişdir.[22] Jurnalistlərin verdikləri xəbərlər Cekson haqqında yayılmış şaiyələr və həqiqətən də ölümündən əvvəl Ceksonun həyatında baş vermiş müxtəlif hadisələr haqqında idi.[23] 8 noyabr 2010-cu ildə isə mahnının tam versiyası təqdim edildi[24] və bir həftə ərzində Ceksonun rəsmi veb saytında yayımlandı.[9] Albomdan çıxarılmış ilk rəsmi sinql "Hold My Hand" mahnısı isə 15 noyabr 2010-cu ildə ictimayətə təqdim edildi.[8][9] Mahnının klip çəkilişləri 20 noyabrda KaliforniyanınTustin şəhərində başladı. Klipin seçim obraz seçiminə elan müğənninin rəsmi saytında elan edildi və bildirildi ki, "klipdə çəkilmək istəyən bütün yaşlarda olan fanatlar müraciət edə bilərlər".[25] 30 noyabr 2010-cu ildə "Much Too Soon" mahnısı ictimayətə təqdim edilərək bir həftə ərzində iTunes Pingdə yayımlanacağı bildirildi.[26] 3 dekabr 2010 – cu ildə aparıcı və komediyaçı Ellen DeGeneres özünün təqdim etdiyi "The Ellen DeGeneres Show" şousunda "Hollywood Tonight" mahnısını ilk dəfə olaraq ictimayətə təqdim etdi.[27] 6 dekabr 2010-cu ildə Oprah Winfrey öz şousunda "Keep Your Head Up" və "Monster" mahnılarını ilk dəfə ictimayətə təqdim etdi.[28] 7 dekabr 2010-cu ildən etibarən isə "(I Can't Make It) Another Day" mahnısı bir həftə ərzində iTunes Ping vasitəsiylə yayımlanmağa başladı.[29]
8 dekabr 2010-cu iləd isə albom tam şəkildə Ceksonun rəsmi saytında yayımlanmağa başlandı.[30] Sony Music 13 dekabrda Ceksonun yeni musiqilərinin dinlənilməsi üçün parti təşkil etdi. Fanatlara giriş pulsuz olsa da, biletlər də satıldı.[31] 10 dekabr 2010-cu ildə albomun üz qabığı küçə elanı lövhələrində yayımlandı. Küçədə yayımlanması üçün İngiltərədə istehsal edilmiş həmin üz qabığı ən böyük albom qapağı kimi Ginnesin rekordlar kitabına düşdü. Bu Maykl Ceksonla bağlı rekordlar kitabına düşən üçüncü hadisə olsa da, ölümündən sonra rekordlar kitabına düşən ilk hadisə idi. Həmin üz qabığı bir ton ağırlığında olmuşdur və mühəndislərin onu quraşdırması üç saatdan artıq vaxt almışdır.[11]
Mahnının orijinallığı, yəni həqiqətən də Maykl Cekson tərəfindən ifa edilməsi Ketrin Cekson, Mayklın iki böyük övladı,[32] həmçinin Ceksonun bacısı La Toya,[33] onun övladları T. J., Taj və Taryll,[34] eləcə də bir çox fanatlar tərəfindən şübhə altına alınmışdır.[35][36] Bundan sonra
AFP mahnındakı səsin həqiqətənmi ulduza aid olmamasının dumanlı görünməsi haqqında məqalə yayımladı.[37] Ardınca Reuters"mahnıdakı səsin Thrillerin "ölmüş ifaçısına" aid olması məsələsinin yeni mübahisə mövzusu olması" ilə bağlı informasiya yaydı.[38]
Sony Music Groupun verdiyi bəyanatda isə bildirilir ki, "aparılan araşdırmalar və Ceksonun mahnını yazması zamanı studiada olmuş şəxslərin şahidliyi əsasında dəqiqlik və tam əminliklə demək mümkündür ki, mahnı Maykl Cekson özü tərəfindən ifa edilmişdir."[39]
11 noyabr 2010-cu ildə Michael Jackson Estate tərəfindən verilmiş açıqlamada bildirildi ki, "vaxtilə Maykl Ceksonla işləmiş altı prodüser, həmçinin son 30 ildə onunla birgə işləmiş bütün işçiləri – Brüs Sviden, Mett Forger, Stüart Brouli, Maykl Prins, Dr. Friz və Tedi Rili təsdiq edirlər ki, mahnıdakı səs Maykl Ceksona məxsusudur." Daha sonra Jackson Estate and Epic tərəfindən tutulmuş iki muzdlu musiqi tədqiqatçısı mahnını "dalğa analizi"ndən keçirdilər. Ceyson Malaxi əldə edilmiş nəticə barədə açıqlamasında qeyd etdi ki, "bir çoxlarının səsini Mayklın səsindən çox çətinliklə ayırdığı gənc ifaçı özü də qeyd edir ki, o, mahnının yazılmasında iştirak etməyib."[40]
Satışa çıxarıldığı ilk həftədə albom 85.000 nüsxəylə satılaraq Almaniyada birinci yerə yüksəlmişdir.[49] Həmçinin Avstriya, İtaliya, Niderland və İsveçdə də albom satışa çıxarıldığı həftədə birinci yeri ələ almışdır.[49]ABŞ – da satışa çıxarıldığı ilk həftədə albom 228.000 nüsxəylə satılaraq "Billboard 200" – də üçüncü yerdə debüt etmişdir.[50]Birləşmiş Krallıqda isə, ilk həftədə 113.000 nüsxəylə satılan albom dördüncü yerdə debüt etmişdir.[49]Fransada 26, 689 nüxsə satışla beşinci[51] , Danimarkada isə 4, 936 nüsxə satışla dördüncü yerdə debüt etmişdir.[52] Albomun Birləşmiş Krallıqda 19 dekabrda 113.000 nüsxə satışla dördüncü yerə yüksəlməsi krallıq ərazisində "Dangerous" albomunun satışa çıxarıldığı 20 il ərzində Maykl Cekson göstərdiyi ən yaxşı nəticə olmuşdur.[53]
"Michael" albomu tənqidçilər tərəfindən orta və ya qarışıq rəylər almışdır. 100 tənqidçinin mövqeyini nəzərdən keçirən "Metacritic"in gəldiyi nəticəyə görə albom 57 balla qiymətləndirilmiş, rəyi soruşulanların əksəri isə albom haqqında "orta və qarışıq fikirlər" söyləmişlər.[54] Media nümayəndələrinin şübhəli yanaşmaları və Ceksonlar ailəsi nümayəndələri arasında albomla bağlı yaranmış fərqli fikirlərə baxmayaraq, ümumilikdə albom geniş kütlə tərəfindən gözlənildiyindən də yaxşı qarşılanmış və böyük uğur qazanmışdır.[55] "Huffington Post"dan Joe Vogel qeyd edir ki, "bu məsələdə alt xətt var: "Michael" bir neçə yeni təsiredici əsərdən ibarətdir" və "onun adətləri, fikirləri, çox yönlülüyü və dahiliyi hər əsərdə özünü büruzə verir. Başqa kim, sosial himn xarakterli mahnıları, insanı özünü göylərdə hiss etməyə məcbur edən hip hop və rok musiqini və insanı kədərləndirən melodik balladaları onun kimi ifa edə bilərdi?"[56]
"NME"-dən Dan Martin albomu "müxtəlif zövq çeşidləri" adlandırır, lakin qeyd edir ki, "əgər insanlar alboma təkrarən çox qulaq asarlarsa oradakı mahnılarda çirkin qüsurlar tapamağa başlayacaqlar."[46] "The Daily Telegraph" qəzetindən Neil McCormick albomu "gözəl albom" adlandırır və qeyd edir ki, "Bu alboma əlbəttə ki, insanların gözlədiklərindən daha çox əziyyət çəkilməsi və əmək sərf edilməsi aydındır."[57]Rolling Stone jurnalından Jody Rosen isə qeyd edir ki, albom "Maykl Ceksonun albomu ola bilməz" və Cekson "indiyə kimi heç vaxt belə zəif bir toplu istehsal etməzdi", lakin "bunu insanın öz xarizması ilə apardığı təcrübə kimi də dəyərləndirmək olar."[5] "Entertainment Weekly"dən Leah Greenblatt qeyd edir ki, "bu albom əlbəttə ki, onun adını gücləndirmir"[43], eyni zamanda "The New York Times" xəbər verir ki, Ceksonlar ailəsi "kolleksiyanı ilham verici, sevimli, qızğın və paranoid" kimi dəyərləndirir.[55]