Migel de Paş

Migel de Paş (port. Miguel da Paz de Trastâmara e Avis; 23 avqust 149819 iyul 1500, Qranada, Kastiliya krallığı) — Portuqaliya kralı I Manuelin ilk övladı, Portuqaliya, KastiliyaAraqon taxt-tacının varisi.

Migel de Paş
Şəxsi məlumatlar
Doğum tarixi 23 avqust 1498
Vəfat tarixi 19 iyul 1500 (1 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Qranada krallıq kilsəsi[d]
Atası I Manuel
Anası Araqonlu İzabella
Ailəsi Avis sülaləsi
Dini Roma-Katolik kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahzadə Migel 1498-ci ildə Saraqosada dünyaya gəldi. Atası Aviz sülaləsinə mənsub Portuqaliya kralı I Manuel, anası isə Kastiliya-Araqon taxt-tacının sahibləri Kastiliyalı İzabellaAraqonlu Ferdinandın böyük qızı İzabella idi. Anası o doğulduğu saatlarda vəfat etdi. Atasının yeganə rəsmi varisi idi və bu səbəblə, doğulduğu gündən etibarən Portuqaliya şahzadəsi ünvanı aldı. Bir müddət sonra isə nənəsi Kastiliyalı İzabella və babası Araqonlu Ferdinand tərəfindən varis elan edildi və beləcə, bütün İberiya yarımadasını tək səltənətdə birləşdirən bir vərasətə sahib oldu.

Ancaq 19 iyul 1500-cü ildə hələ 2 yaşı tamam olmamış, nənəsi Kastiliyalı İzabellanın qollarında vəfat etdi. Cənazəsi Qranada krallıq kilsəsinə dəfn olundu. Ölümündən bir neçə ay sonra iki ölkə arasındakı sülhün davam etməsi məqsədilə, atası I Manuel xalası Araqonlu Mariya ilə evləndi və bu nikahdan bir neçə övladı dünyaya gəldi.

  • Downey, Kirsten (2014). Isabella: the Warrior Queen. New York: Nan A. Talese/Doubleday. ISBN 978-0-385-53411-6
  • Fernández Álvarez, Manuel (2003). Isabel la Católica (in Spanish). Madrid: Espasa-Calpe, S. A. ISBN 84-670-1260-9