Migri kəklikotu (lat. Thymus migricus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU C2a (i). Azərbaycanın nadir növüdür.
Migri kəklikotu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Migri kəklikotu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Təbiətdə hündürlüyü 8–15 sm olan yarımkoldur. Bitki də budaqlanma güclüdür. Üzərində çiçək olan budaqları 5–12 sm ola bilir. Çiçəkaltlığı aşağıya doğru əyilmiş tüklərlə örtülüdür. Bitkinin yar-paqları saplaqlı olub uzunsov və ya yumurtavaridir. Yarpaqlar 0,6–1,3 sm uzunluğunda 0,3–0,7 sm enində ola bilir. Yarpağın üst hissəsi çılpaq olub kənarları bir qədər kirpiklidir və yan damarları görünür. Çiçək saplağı qısa tüklüdür. Bitkinin kasacığı 3–4 mm uzunluğundadır, çılpaqdır. Tacı ağımtıl və ya bənövşəyi ola bilir.
Çiçəkləmə iyun-iyul, meyvə əmələgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir. Kserofitdir. Orta və yuxarı dağ qurşağında quru daşlı-çınqıllı, qayalı yamaclarda və seyrək otlu friqana bitkiliyində rast gəlinir. Efiryağlı bitkidir.
Naxçıvanın dağlıq hissəsi (Culfa rayonu — Ərəfsə kəndinin ətrafı; Babək rayonu — Buzqov kəndinin ətrafı; Ordubad rayonu — Kotam, Kilit, Biləv və Nüsnüs kəndlərinin ətrafı; Şərur rayonu — Ardıc dağı ətrafı; Şahbuz rayonu — Biçənək kəndinin ətrafı).
Populyasiyanın təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur.
Əhali tərəfindən dərman bitkisi kimi toplanılması və iqlim.
Zəngəzur Milli Parkının ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır.