Migri kəklikotusu

Migri kəklikotusu (lat. Thymus migricus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU C2a (i). Azərbaycanın nadir növüdür.

Migri kəklikotusu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Təbiətdə hündürlüyü 8–15 sm olan yarımkoldur. Bitki də budaqlanma güclüdür. Üzərində çiçək olan budaqları 5–12 sm ola bilir. Çiçəkaltlığı aşağıya doğru əyilmiş tüklərlə örtülüdür. Bitkinin yar-paqları saplaqlı olub uzunsov və ya yumurtavaridir. Yarpaqlar 0,6–1,3 sm uzunluğunda 0,3–0,7 sm enində ola bilir. Yarpağın üst hissəsi çılpaq olub kənarları bir qədər kirpiklidir və yan damarları görünür. Çiçək saplağı qısa tüklüdür. Bitkinin kasacığı 3–4 mm uzunluğundadır, çılpaqdır. Tacı ağımtıl və ya bənövşəyi ola bilir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə iyun-iyul, meyvə əmələgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir. Kserofitdir. Orta və yuxarı dağ qurşağında quru daşlı-çınqıllı, qayalı yamaclarda və seyrək otlu friqana bitkiliyində rast gəlinir. Efiryağlı bitkidir.

Naxçıvanın dağlıq hissəsi (Culfa rayonu — Ərəfsə kəndinin ətrafı; Babək rayonu — Buzqov kəndinin ətrafı; Ordubad rayonu — Kotam, Kilit, Biləv və Nüsnüs kəndlərinin ətrafı; Şərur rayonu — Ardıc dağı ətrafı; Şahbuz rayonu — Biçənək kəndinin ətrafı).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Əhali tərəfindən dərman bitkisi kimi toplanılması və iqlim.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Zəngəzur Milli Parkının ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır.

  • Thymus kotschyanus var. migricus (Klokov & Des.-Shost.) Ronniger ex Rech.f.
  • Thymus kotschyanus subsp. migricus (Klokov & Des.-Shost.) Menitsky