Mikado sinematoqrafının binası

Mikado sinematoqrafının binası və ya Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının binası — 1916-cı ildə Əliheydər Kərimov tərəfindən əvvəllər məhsul anbarı kimi sitifadə edilmiş bina çin-yapon üslubunda təmir edilərək sinematoqraf kimi fəaliyyət göstərməyə başlayıb. 1917-ci ildə Bakıda ilk dəfə bu teatrda orta məktəb şagirdlərinə elmi-təhsil mövzulu kinematoqrafik seans keçirilib[1]. Binada müxtəlif dövrlərdə Pel mel teatrı, Bak azad tənqid-təbliğat teatrı, Bakı işçi teatrı fəaliyyət göstərib. 1937-ci ildən binada Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı fəaliyyət göstərir[2].

Mikado sinematoqrafının binası
Binanın 1924-1928-ci illər aralığında çəkilmiş şəkili
40°22′21″ şm. e. 49°50′26″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Xaqani küçəsi, 7
Aidiyyatı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı
Tikilmə tarixi 26 dekabr 1916
Üslubu şərq üslubu
Vəziyyəti yaxşı
KateqoriyaBina
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Mikado sinematoqrafının binası (Bakı)
Mikado
sinematoqrafının binası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

XIX əsrin sonlarında milyonçu Hacı Haşım bəy Kərimov Molokanskaya 7 (indiki Xaqani küçəsi) ünvanında yerləşən ərazidə məhsul ehtiyyatını saxlamaq üçün anbar tikdirir. Hacı Haşım bəyin oğlu Əliheydər Kərimov ÇinYaponiyaya səyahət etdikdən sonra Bakıya qayıdır və gördüyü binalardan təsirlənərək anbarın yerləşdiyi yerdə şərq üslubunda bina tikdirir[3]. Bu binada 26 dekabr 1916-cı ildən Mikado sinematoqrafı fəaliyyət göstərməyə başlayıb[4]. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə binada “Pelmel” klub teatrı fəaliyyət göstərib. Burada əsasən rus və digər millətlərin teatr və musiqi həvəskarları, əcnəbi truppalar çıxış ediblər[5].

Aprel işğalından sonra 1920-ci ildən 29 aprel 1923-cü ilə qədər binada Bakı azad tənqid-təbliğat teatrı fəaliyyət göstərib. Bu teatrın əsas vəzifəsi fəhlələr və kasıblar arasında bolşevik təbliğatı aparmaq olmuşdur. Sonradan 1923-cü ildə teatr Bakı İşçi Teatrı adını alır[6]. Bu zaman teatr truppasının heyəti Odessa, Moskva və İrkutskdan gələn aktyorlarla tamamlanır. 1928-ci ilə qədər binanın şərq üslublu görüntüsü tamamilə dəyişdirilir və ona müəyyən hissələr əlavə edilir. Lakin bu rekostruksiyadan sonra bina daha çox bir zavoda və ya həbsxanaya bənzəməyə başlayır bu isə yerli sakinlərin etirazına səbəb olur[3].

24 yanvar 1937-ci ildə AzSSR Xalq Komissarları Şurasının qərarı ilə Bakı İşçi Teatrının adı Azərbaycan Dövlət Rus Dram teatrına dəyişdirilir. İkinci Dünya Müharibəsi bitdikdən sonra 1945-ci ildə bina təmir edilir. 11 iyun 1956-cı ildə isə teatrın adı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı olur. 1960-cı illərdə bəlli olur ki bina bu vəziyyətə çox tab gətirə bilməz buna görə də 1962-1964-ci illərdə İvan Sarkisov və Xanım Rəhmanovanın rəhbərliyi ilə bina əsaslı şəkildə rekonstruksiya edilir[7]. Sonradan 1980-ci illərdə eləcə də 2000-ci illərdə bina müəyyən dəyişikliklərə məruz qalıb[3].

Şəkilləri[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Кино как средство воспитания и образования / Kino tərbiyə və təhsil vasitəsi kimi" (rus). ourbaku.com. 23 fevral 2015. 27 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2021.
  2. İlham Rəhimli. Azərbaycan teatr tarixi (PDF). Bakı: Çaşıoğlu. 2005. səh. 86.
  3. 1 2 3 Oksana Bulanova. "Тайны Баку: От "Микадо" до Русдрамы / Bakının sirləri: Mikadodan Rusdrama qədər" (rus). azerhistory.com. 3 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2021.
  4. "Молоканская ул. – 9 Января - Хагани (Баку) / Molokanskaya küçəsi - 9 yanvar -Xəqani küçəsi (Bakı)" (rus). ourbaku.com. 27 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2021.
  5. İlham Rəhimli. "Bakıda teatr tamaşaları göstərilən binalar" (az.). anl.az. 27 aprel 2012. 5 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2021.
  6. Valentina Reznikova. "Государственный Бакинский Драматический Театр вчера и сегодня" (PDF) (rus). irs-az.com. 2012. 19 fevral 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 yanvar 2021.
  7. "Театральные Здания Баку до 1991 года / 1991-ci ilə qədər Bakının teatr binaları" (rus). ourbaku.com. 30 aprel 2016. 15 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]