Mikayıl Əjdər oğlu Nəsirov – Azərbaycanlı aktyor, rejissor və ssenari müəllifi. Daha çox bəddi-sənədli filmlərin rejissoru kimi tanınır.
Mikayıl Əjdəroğlu | |
---|---|
Doğum tarixi | 13 sentyabr 1957 (67 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor, kinorejissor |
Təhsili | |
IMDb | ID3935374 |
Mikayıl Əjdər oğlu Nəsirov 13 sentyabr 1957-ci ildə Bakı şəhərində anadan olub. 1964-74-cü illərdə Mikayıl Müşfiq adına 18 nömrəli orta məktəbdə təhsil alıb.
1975-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində işıqçı kimi fəaliyyətə başlayıb. Həmin dövrlərdə işıqçı vəzifəsində çalışmasına baxmayaraq verilişlərdə rejissor köməkçisi və rejissor assisenti kimi fəaliyyəti olub.
Rejissor Arif Qazıyevin ekranlaşdırdığı "Niyazi", "Bəstəkar Qara Qarayev. Opus-78" (1979), "Rəşid Behbudov", "Salam Zeynəb" (1982) filmlərində ikinci rejissor kimi fəaliyyət göstərib.
Arif Babayevin ekranlaşdırdığı Alma almaya bənzər (1975) filmində "alma satan", Əlisəttar Atakişiyevin ekranlaşdırdığı Qərib cinlər diyarında (1979) filmində isə "cin" epizodik obrazlarında çəkilib.
1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivi rejissoru" fakültəsinə daxil olub və 1995-ci ildə həmin universiteti bitirib.
Hal-hazırda Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin "Telefilm" studiyasında ali kateqoriyalı kino rejissor vəzifəsində çalışır.
№ | İl | Film | Rol |
---|---|---|---|
1 | 1975 | Alma almaya bənzər | Alma satan |
2 | 1979 | Qərib cinlər diyarında | Cin |
3 | 2014 | Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov (film, 2014) |
№ | İl | Film | Vəzifə |
---|---|---|---|
1 | 1997 | Musa dayı[1] | rejissor |
2 | 1998 | Muğam | rejissor |
3 | 2001 | Raziyyə Şirinova[2] | rejissor |
4 | 2002 | Hardasan Mübubət?[3] | rejissor |
5 | 2003 | İsrafil müəllim (film, 2003)[4] | rejissor |
6 | 2003 | Əhməd Bakıxanov[5][6] | rejissor, ssenari müəllifi |
7 | 2004 | Əbülfət Əliyev[7] | rejissor |
8 | 2004 | İbrahim Topçubaşov[8] | rejissor, ssenari müəllifi |
9 | 2004 | Ötən günlərim. Oqtay Ağayev | rejissor |
10 | 2005 | Nəriman Əliyev[9] | rejissor |
11 | 2006 | Usta Vaqif | rejissor |
12 | 2006 | Qəlbin gözü[10] | rejissor |
13 | 2007 | Rübabə Muradova | rejissor |
14 | 2007 | Bakı toyları | rejissor |
15 | 2007 | Qəmbər Hüseynli (film, 2007) | rejissor assistenti |
16 | 2009 | Nəğməli xatirələr | rejissor, ssenari müəllifi |
17 | 2009 | Nabat | rejissor |
18 | 2010 | Ürəklərdə qalaydım. İslam Rzayev[11] | rejissor |