Mikayıl Abbasov

Abbasov Mikayıl Hümmət oğlu — Azərbaycan Respublikasının Əməkdar Mühəndisi (2008), Texnika elmləri namizədi (2000), Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru.

Mikayıl Abbasov
Abbasov Mikayıl Hümmət oğlu
Doğum tarixi (54 yaş)
Doğum yeri Cil, Göyçə
Mükafatları "Tərəqqi" medalı — 2017
"Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2008

Abbasov Mikayıl Hümmət oğlu 1970-ci ilin iyunun 13-də Ermənistan SSR-in Krasnoselo rayonunun Cil kəndində anadan olub.

1987-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisasına qəbul olub.

1993-cü ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Fakültə elmi şuranın qərarı ilə həmin kafedrada tədqiqatçı-mühəndis kimi işə başlamışdır.

1994-cü ilin mart ayından Teleradio İB-də “Peyk rabitəsi” sexində böyük el.mexanik vəzifəsində işə başlamışdır.

1995-ci ildən “Peyk rabitəsi” sexinin rəisi vəzifəsində calışıb. 1998-ci ildən Peyk və radioteleviziya yayımı müəssisəsinin Baş mühəndisi vəzifəsində calışıb. 1999-ci ildən Texniki şöbənin rəisi vəzifəsində calışıb.

2004-cü ilin may ayının 3-dən Teleradio İB-in Baş mühəndisi vəzifəsinə təyin olunmuş və hal-hazırda bu vəzifədə çalışır.

12.04.2006-cı ildə Teleradio İB-nin Texniki direktoru vəzifəsinə təyin olunmuşdur.

1995-1999-cu illərdə Azərbaycan Texniki Universitetinin aspiranturasında təhsil alıb.

2000-ci ildə “Texnika elmləri namizədi” alimlik dərəcəsi almışdır.

Rus, türkİngilis dillərini sərbəst bilir.

Ailəlidir. İki övladı var.

  • 06.12.2007-ci il tarixdə Rabitə Nazirliyinin 207 №-li Əmri ilə, Rabitə ustası adı verilmişdir.
  • 01.12.2008-ci il tarixli, 74 saylı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Mühəndisi fəxri adı ilə təltif edilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]