Mikayıl Yanar

Mikayıl Yanar (Rəhimov Mikayıl Binnət oğlu; 15 may 1938, Qovlar, Tovuz rayonu) — Azərbaycan Yazıçılar Birliyinin (2000), Azərbaycan Jurnalistlər Birliyinin (1986) üzvü, şair-publisist.

Mikayıl Yanar
Rəhimov Mikayıl Binnət oğlu
Doğum tarixi (86 yaş)
Doğum yeri Qovlar, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti müxbir, şair

Rəhimov Mikayıl Binnət oğlu 1938-ci il mayın 15-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. Burada yeddiillik, Samux rayonunun Qarayeri qəsəbəsində onillik məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir (1958-1959).

Xanlar Pedaqoji Texnikumunda təhsil almışdır (1959-1961). Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində qiyabi təhsil almışdır (1966-1972).

1977-1979-cu illərdə Azərbaycan KP MK-nın Kirovabad şəhərindəki marksizm-leninizm universitetinin təbliğatçı fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə təyinatla göndərildiyi Şabran (keçmiş Dəvəçi), Abşeron rayonlarının Gəndob orta ümümtəhsil məktəbində müəllim, Surra, Baş Əmirxanlı, Padar kənd ibtidai məktəblərində məktəb müdiri kimi başlamışdır (1961-1964). Samux rayonunun Qarayeri qəsəbə orta məktəbində müəllim işləmişdir (1964-1973).

"Gəncənin səsi" qəzeti redaksiyasında müxbir işləmişdir (1974-1992). Gəncə şəhər 7 saylı orta ümumtəhsil məktəbində mü-əllim (1992-2011), Nizami Ev Muzeyində fond müdiri vəzifəsində işləmişdir (1992-1999).

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Bədii yaradıcılığa 50-ci illərdən başlamışdır. 1956-cı ildən Azərbaycan Yazıçılar İttifaqı Gəncəbasar filialının üzvü olmuşdur. İlk qələm təcrübələri "Namuslu zəhmət" (Samux rayonu), “Kommu-nist əməyi” (Xanlar rayonu) və "Gəncənin səsi" qəzetlərində dərc edilmişdir (1957-1958). Dövri mətbuatda, almanaxlarda şeirləri dərc olunmuşdur. Bir çox ölkə nəşriyyatlarında, o cümlədən 1980-ci ildə Ukraynanın "Donbas" və Azərbaycanın "Yazıçı" nəşriyyatlarının birgə buraxdığı "Rodnik bratstva" kitabında şeirləri dərc edilmişdir.

"Azərbaycan Uşaq Ədəbiyyatı antologiyası" kitabında (Bakı-2014) şeirləri nəşr edilmişdir.

2015-ci ildə Türkiyənin "Sahilkitab" nəşriyyatının buraxdığı "Avrasiya Şairleri Antolojisi" kitabının 2-ci cildində tərcümeyi-halı və şeirləri çap olunmuşdur.

Azərbaycan Respublikası, Müharibə, Əmək, Silahlı Qüvvə-lər, Mühafizə orqanları, Veteranlar Şurası və Azərbaycan Ağsaq-qallar Şurası Gəncə şəhər Təşkilatının plenum və idarə heyətlərinin üzvüdür.

Gəncədə fəaliyyəti bərpa edilmiş "Divani-hikmət" ədəbi məclisinin idarə heyətinin üzvü olmuşdur (2009).

2011-ci ildən təqaüdə çıxmışdır.

  1. Sabahımdan nigaranam, (Şeirlər və poemalar). B, Səda, 1996, 56 səh., 500 nüs.
  2. Dünyanın yalan üzü, (Şeirlər və poemalar). B., Səda, 1998, 88 səh., 500 nüs.
  3. Zəmanə duelə çağırır məni, (Şeirlər). "Gəncə" nəşriyyatı, 2003, 128 səh., 300 nüs.
  4. Nəğməli ağaclar, (Şeirlər). Gəncə, 2008, 68 səh., 200 nüs.
  5. Üzeyir dünyası, B., (Poema. 1-ci nəşr). «Azərnəşr», 2009, 80 səh., 500 nüs.
  6. Dağ çayı, (Şeirlər). «Gəncə», 2009, 80 səh., 200 nüs.
  7. Ağ qartal, (Şeirlər). «Gəncə», 2010, 38 səh., 100 nüs.
  8. Gəncənin dastanı, (1-ci kitab, Ədəbi-bədii, tarixi salnamə). B., «Azərnəşr», 2012, 240 səh., 100 nüs.
  9. Qədim Gəncə, Yeni Gəncə, (Şeirlər). B., «Zərdabi LTD» MMC Nəşriyyat Poliqrafiya müəssisəsi, 2015, 112 səh., 100 nüs.
  10. Üzeyir dünyası, (Poema) 2-ci nəşr, əlavələrlə. B., «Azər-baycan Dövlət Nəşriyyatı», 2015, 112 səh., 100 nüs.
  11. Gəncənin dastanı, (2-ci kitab, Ədəbi-bədii, tarixi salnamə). B., «Azərnəşr», 2017, səh.552, 300 nüs.