Ben-Hur (film, 1959)

"Ben-Hur" (ing. Ben-Hur) — rejissor Vilyam Uaylerin filmi.

Ben-Hur
ing. Ben-Hur
Janr tarixi
dram
Rejissor Vilyam Uayler
Prodüser Sem Zimbalist
Ssenari müəllifi Karl Tanberq
Baş rollarda Çarlton Heston
Cek Houkins
Operator Robert Sertis
Bəstəkar Mikloş Roja
İstehsalçı Metro-Goldwyn-Mayer
Distribütor Netflix
İlk baxış tarixi 18 noyabr 1959
Filmin növü bədii film
Müddət 212 dəqiqə[1]
Büdcə 15,2 milyon $[2]
Gəlir 90 milyon $
Ölkə ABŞ ABŞ
Dil ingilis dili
İl 1959
Texniki məlumatlar rəngli
genişekranlı
6100 metr
Rəng rəngli
Çəkiliş yeri Roma
IMDb ID0052618
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı ikinci plan kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bizim eranın 26-cı ilində Roma imperiyası artıq adəti üzrə öz ərazilərini genişləndirmək və yeni-yeni əraziləri istila etmək niyyətində idi. Yəhudilər Allahın oğlunun doğulmasının şahidi olurlar. Yəhudilərin görkəmli və varlı nümayəndəsi Ben-Hur öz uşaqlıq dostu və artıq Roma tribunu olan Messala ilə görüşür. Nə vaxtsa qohum qədər yaxın olan Ben-Hur və Messala bu görüşdən sonra düşmənə çevrilirlər. Səbəb Messalanın Ben-Huru yəhudiləri satmağa çəkməsi, Ben-Hurunsa heç vaxt öz xalqını satmayacağını söyləməsi idi. Nəticədə Ben-Huru çoxavarlı gəmiyə təhkim edir, onun ana və bacısını isə həbsxanaya salırlar.

Uzun sürən illər Ben-Huru çox sınaqlardan keçirir. Ben-Hur nə vaxtsa intiqam ala biləcəyini fikirləşərək bütün əzablara dözür. O, həsrətini çəkdiyi vətəninə qayıdır. Bu zaman ona yeni həyatı yaşamaq üçün yol göstərilir...

  • Bu film Lyu Vollesin romanının sayca üçüncü çəkilişidir. Bu əsər buna qədər 1907-ci və 1925-ci illərdə çəkilmişdi.
  • Film "Metro-Goldwyn-Mayer" kino şirkətini müflisləşməkdən qurtarmalı idi. Və qurtardı da — çəkilişlərə 15 milyon dollar xərclənsə də, 90 milyon dollar gəlir gətirdi.
  • Prodüser Sem Zimbalist rejissor Vilyam Uaylerə bu filmə görə 1 milyon dollar məbləğində pul vermişdi. O zaman üçün bu məbləğ kinoda əlçatmaz idi.
  • Filmin kütləvi səhnələrinin çəkilişində 50.000-dən artıq insan iştirak etmişdir. Təkcə 15.000 insan döyüş arabalarının yarış səhnəsində çəkilmişdir.
  • Filmin çəkilişlərinə 8 ölkədən aktyorlar dəvət olunmuşdu. Lakin üstünlük Avropa kübarlarına verildi.
  • Lyu Vollesin "Ben-Hur: İsanın hekayəti" əsəri bir neçə dəfə ekranlaşdırılmışdır. Belə ki, Vilyam Uaylerin filmi sayca üçüncü versiya hesab olunur. Filmin ilk versiyası olan "Ben-Hur" 1907-ci ildə rejissor Sidni Olkott tərəfindən çəkilmişdir. İkinci versiyanı — "Ben-Hur: İsanın hekayəti"ni isə 1925-ci ildə rejissor Fred Niblo çəkmişdir. Eyniadlı ("Ben-Hur") dördüncü versiya isə rejissor Stiv Şill tərəfindən çəkilmiş Kanada serialıdır. Bundan başqa "Ben-Hur"un 2003-cü ildə ekranlara çıxmış animasiya filmi də var.

1959-cu ilin "Oskar" mükafatı:

[redaktə | mənbəni redaktə et]
Ən yaxşı film
Ən yaxşı rejissor işinə görəVilyam Uayler
Ən yaxşı kişi roluna görəÇarlton Heston
Ən yaxşı ikinci plan kişi roluna görə – Hyu Qriffit
Ən yaxşı operator işinə görə
Ən yaxşı rəssam işinə görə – Vilyam Horninq
Ən yaxşı geyim rəssamı
Ən yaxşı səsə görə
Ən yaxşı xüsusi effektlərə görə
Ən yaxşı montaja görə – Con Danninq, Ralf Uinters
Dram və ya komediya filmlərində ən yaxşı saundtrekə görə

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin müəllifi : Lyu Volles
Ssenari müəllifi : Karl Tanberq
Rejissor : Vilyam Uayler
Operator : Robert Sertis
Rəssamlar : Vilyam Horninq, Edvard Karfano
Bəstəkar : Mikloş Roja
Prodüser : Sem Zimbalist
Çarlton Heston – Ben-Hur
Cek Houkins – Kvint Arri
Haya Hararet – Esfir
Stiven Boyd – Messala
Hyu Qriffit – Şeyx İldırım
Marta Skott – Miriam
Keti O'Donnell – Tirza Bat-Hur
Sem Caffe – Simonid
Finley Kurri
Frenk Trinq – Ponti Pilat
Terens Lonqdon – Druz
Corc Relf
Endri Morell
  1. "Ben Hur". British Board of Film Classification. July 21, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 18, 2015.
  2. Sheldon Hall, Epics, Spectacles, and Blockbusters: A Hollywood History Wayne State University Press, 2010 p. 162

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]