Mil Mi-26 (ru: Миль Ми-26, NATO kod adı: "Halo") "İzdeliye 90" istehsal kodu altında istehsal olunan və Sovet İttifaqı dövründə istehsalına başlanılan Rus ağır nəqliyyat helikopteridir. Həm hərbi, həm də mülki helikopterlər arasında indiyədək istehsal olunan ən böyük və ən güclü helikopterdir.
Mil Mi-26 | |
---|---|
Hazırlayan | Mil Moskva Helikopter Zavodu |
İstehsalçı | Mil Moskva Helikopter Zavodu |
İlk uçuş | 14 dekabr 1977 |
İstismara verilmə tarixi | 1985 |
İstismarçılar |
|
Buraxılış sayı | 318 |
Vikianbarda əlaqəli mediafayllar |
Mi-26-dan daha ağır olan Mil Mi 12 (prototip adı: Mil V-12) helikopterinin inkişaf mərhələsi tamamlana bilmədikdə, 1970-ci illərin əvvəllərində yeni bir ağır nəqliyyat helikopterinin inkişafı layihəsinə başlanıldı. İlk növbədə İzdeliye 90 ("Layihə 90") adlandırılan layihə sonradan Mi-26 adlandırıldı. Bu yeni helikopterdə olması gözlənilən əsas xüsusiyyət, boş ağırlığının maksimum qalxma ağırlığının yarısından az olmasıdır. Mi-26 helikopteri, OKB-329 Dizayn Bürosunun (sonradan Mil Moskva Helikopter Zavodu adlandırıldı) qurucusu Marat Tişçenkonun köməyi ilə Mixail Mil tərəfindən hazırlanmışdır.
Hərbi və mülki ehtiyacları ödəyə bilən ağır nəqliyyat helikopteri olaraq inkişaf etdirilən Mi-26, əvəz etdiyi Mil Mi-6 helikopterinin kabin həcminin və daşıma qabiliyyətinin iki dəfə artırılmış versiyasıdır. Mi-26-nın hazırlanmasında əsas məqsəd 13 tonluq amfibiya zirehli transportyor və portativ ballistik raket batareyaları kimi hərbi texnikanın Antonov An-22 və ya Ilyushin Il-76 kimi hərbi nəqliyyat təyyarələri ilə əsas nöqtələrə çatdırıldıqdan sonra daha uzaq və çatılması çətin olan ərazilərə daşınmasıdır.
Mi-26 ilk uçuşunu 14 dekabr 1977-ci ildə etdi. 1983-cü ildə inkişaf mərhələsi tamamlanan vertolyot, 1985-ci ildən Sovet Hərbi Hava Qüvvələrinin və Sovet İttifaqındakı mülki təşkilatların inventarına girdi.
8 bıçaqlı əsas rotorlu ilk kütləvi istehsal helikopteri olan Mi-26, helikopterin ehtiyacı olan qüvvəni bütün mühərriklərə paylayan bir sistem sayəsində mühərriklərindən biri (vertolyotun mövcud vəzifə ağırlığından da asılı olaraq) sıradan çıxmış olsa belə, vəzifəsinə davam edə bilər. Mi-26 Halo, ağırlığı Mi-6-dan bir qədər çox olsa da, təxminən 20 ton yük daşıya bilər. Seriyalı istehsal mərhələsinə girməyən V-12-dən sonra istehsal olunan bu dövrə qədər ki, ən böyük və ən ağır helikopter olan Mi-26-nın quyruq rotoru, MD 500-ün 4 bıçaqlı əsas rotoruna diametrcə yaxındır və təxminən eyni miqdarda itələmə gücü yarada bilir.
Mi-26-nın sürətlər qutusu helikopterin ölçüsü ilə müqayisədə çox ağır olmasa da, 19,725 at gücünü rotorlara ötürə bilər. Mil şirkətinin hazırkı sürətlər qutusu tədarükçüsü Mil şirkətinin istədiyi spesifikasiyalara sahib olan sürət qutusunun dizayn edilə bilməyəcəyini elan etdikdən sonra Mil Dizayn Bürosu Mi-26-nın sürətlər qutusunu özü dizayn etmiş və onu V-26 adlandırmışdır.
Mi-26, 1982-ci ildə 2000 metr hündürlüyə ümumi 56.768.8 kq çəki ilə çıxaraq olan mühüm bir rekord qırmışdır.
2010-cu ilin iyul ayında edilən bir açıqlamaya görə, Rusiya ilə Çin müştərək olaraq 33 tonluq ağır nəqliyyat helikopteri hazırlayacaqlar.
Rus helikopter istehsalçısı Rostvertol, Rusiya Hərbi Hava Qüvvələrinin 20-yə yaxın helikopterdən ibarət olan Mi-26 donanmasındakı helikopterləri yeniləyir/təmir edir və günümüzün tələblərinə uyğun olaraq modernləşdirir. Yenilənmiş və modernləşdirilmiş helikopter Mi-26T adlanır. 2015-ci ildə tamamlanması gözlənilən layihə, mövcud donanmanın yenilənməsinə əlavə olaraq 22 yeni Mi-26T helikopterlərinin də istehsalını əhatə edir. İstehsal ediləcək 22 yeni Mi-26T-dən 8-i 2012-ci ilin yanvarında Rusiya Hərbi Hava Qüvvələrinə təhvil verilmişdir.
1986-cı ildə Çernobıl reaktor qəzasından sonra başlanan təmizləmə işlərində istifadə edilməsi üçün fövqəladə hal kimi inkişaf etdirilən 30 Mi-26S fəlakətə müdaxilə vertolyotu, yalnız radiasiya ölçmələrində deyil, həm də radioaktiv şüalanmanın qarşısını almaq üçün partlayışın olduğu 4 saylı reaktorun içərisinə çox miqdarda izolyasiya materialının dəqiq yerləşdirilməsi işlərində istifadə edildi. Bu model, pilotları və helikopterdəki digər işçiləri radiasiyadan qorumaq üçün yüksək mühafizə kokpit pəncərələri və filtr sistemi ilə təchiz edilmişdir. Alt hissəsinə bir maye tankeri və püskürtmə sisteminin qurulduğu vertolyot, 4 nömrəli reaktorun içərisinə izolyasiya materialını səpərək işə böyük töhfə vermişdir.
2002-ci ilin yazında, iki Amerikan MH-47E Chinook helikopterini Əfqanıstandakı bir dağdan xilas etmək üçün bir ədəd mülki Mi-26 icarəyə götürüldü. Regiondakı terror təhlükəsi altında və eyni zamanda 2500 metrdən yuxarı yüksəkliklərdə xilasetmə əməliyyatı zamanı vertolyotlar maksimum uçuş çəkisindən artıq ağırlığında yüklərə məruz qaldılar.
Tam yüklənmiş bir Mi-26, 19 Avqust 2002-ci ildə Çeçen separatçılar tərəfindən yer-hava raketi ilə vuruldu. Helikopterin ərazidəki mina sahəsinə düşməsi ilə nəticələnmiş hadisədə 127 nəfər öldü.
Moldovanın Pecotos Air şirkətinə məxsus Mi-26, 2009-cu ilin iyul ayında Əfqanıstanın Helmand əyalətinə edilən hücumda vuruldu. Daha sonra NATO adına humanitar yardım üçün xidmət göstərdiyi bildirilən Moldovanın Mi-26 helikopteri, 6 Ukraynalı heyət üçün məzara çevrildi.
14 dekabr 2010-cu ildə Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-26, Jammu hava limanından qalxdıqdan bir neçə saniyədən sonra 15 metr hündürlükdən düşdü və qəzada 9 sərnişini yaralandı. Hindistan Uçuş Təhlükəsizliyi İnstitutu tərəfindən hazırlanan tədqiqat hesabatına görə qəza Mi-26-nın daşıdığı bir qatar vaqonunun helikopterin tarazlığını pozması nəticəsində meydana gəlmişdir.
Norveç Krallıq Hərbi Hava Qüvvələrinə məxsus bir Westland dəniz kralı, havada yaşadığı texniki problemlərə görə 11 dekabr 2012-ci ildə Divgagáisá dağına təcili eniş etməli oldu. Təcili eniş zamanı vertolyotun eniş mexanizminə ciddi ziyan dəydi. Ardınca ara rotor bıçaqlarının çıxarılması və daha sonra yanacaq çənindəki yanacağın boşaldılması yolu ilə nəqliyyata uyğunlaşdırılan Sea King, hadisədən bir gün sonra Mil Mil-26 ilə Banak Hava Bazasına gətirildi.
Prototip versiyası.
Hərbi və mülki nəqliyyat üçün hazırlanmış versiya. NATO kod adı: "Halo-A".
Təkmilləşdirilmiş uçuş/naviqasiya sistemi olan versiya.
Performans xüsusiyyətləri təkmilləşdirilmiş versiya.
Hava təcili yardımı versiyası.
Sualtı döyüş müharibəsi üçün hazırlanmış versiya.
Mülki nəqliyyat üçün hazırlanmış versiya. Daşıma qabiliyyəti: 63 sərnişin.
Radio qəbuledicilərlə təchiz olunmuş versiya.
Uçan bir kran kimi inkişaf etdirilmiş versiya.
Təbii fəlakət və s. hadisələrdən sonrakı kömək işlərində istifadə üçün hazırlanmış versiya.
Mülki nəqliyyat üçün hazırlanmış versiya.
Yük daşınması üçün hazırlanmış versiya.
Uçan bir kran kimi inkişaf etdirilmiş versiya.
Yanğınsöndürmə helikopteri kimi inkişaf etdirilmiş versiya.
Mi-26T-nin ixrac versiyası.
Yanacaq tankeri versiyası.
Mi-26T-nin təkmilləşdirilmiş versiyası. Bu versiyaya inteqrasiya olunmuş BREO-26 elektron avadanlığı, helikopterin gecə/gündüz və pis hava şəraitində səmərəli istifadəsinə imkan verir.
Havadan komandanlığın tapşırıqları üçün inkişaf etdirilməsi təklif edilmiş və iki prototipi istehsal edilmişdir.