Milad teleqülləsi

Milad teleqülləsi ( fars. برج میلادBorj e Milād ), həmçinin Tehran qülləsi kimi tanınır ( برج تهران Borj e Tehrān ),[1] , İranın Tehran şəhərində çox məqsədli bir qüllədir. Dünyanın altıncı ən yüksək qülləsi [2] və 24-cü ən yüksək tikilisidir. .[3]

Milad teleqülləsi
Borj e Milād
Ümumi informasiya
ŞəhərTehran
Ölkəİran İran
Koordinatlar35°44′41″ şm. e. 51°22′31″ ş. u.HGYO
Hündürlük
Antena şpili435.0 m (1,427 ft)
Dam örtüyü315.0 m (1,033 ft)

Qərb şəhəri və Gişa şəhəri arasında yerləşir, antenin ucundan əsas hissəyə qədər 435 metr məsafəvar.[4] Qüllənin təpəsi 12 mərtəbəli olan böyük bir platformadan ibarətdir ki, damı 315 metrdir.

Qüllə Tehran Beynəlxalq Ticarət və Konvensiya Mərkəzinin bir hissəsidir ki, bununla bağlı olaraq da beşulduzlu bir otel, konqres mərkəzi, ticarət mərkəzi və İT parkıda qüllədə yerləşir.[1]

Milad Qülləsinin tikintisi 1970-ci illərdə nəzərdə tutulmuşdur. Beynəlxalq müsabiqədən sonra layihə Llevely Davies şirkətinə verildi və 1975-ci il 19 avqustda İran şahı və Tehran Bələdiyyə Başçısı Dr. GR Nickpay xatirə olaraq təmələ qızıl plaket basdırdı.[5]

Qüllənin tikintisi 1997-ci ildə başlamışdır. 2000-ci ilin ortalarında tikilinin tamamlanmasından sonra, Milad qülləsi dünyanın dördüncü ən yüksək sərbəst telekommunikasiya qülləsi sayıldı.[1] Qüllə 2007-ci ildə açılamasına baxmayaraq, qüllənin tarixçəsi ilə bağlı çoxsaylı münaqişələr hələ də üstünlük təşkil edir, çünki qüllənin bir hissəsi tikinti zamanı liftlərin işə salınması ilə istismara verilmişdir.[1]

Layihənin dizaynı İranlı memar Məhəmməd Rza Hafezi tərəfindən verilib. Baş podratçı Boland Payeh şirkətidir və əsas müştəri və investor Tehran Bələdiyyəsinin nümayəndəsi Yadman Sazehin şirkətidir.

Qüllə rəsmi olaraq Tehranın 55.ci məsul şəxsi Məhəmməd Bağır Qalibaf və Tehran Şəhər Şurasının üzvləri tərəfindən 20 fevral 2009-cu ildə rəsmi olaraq açılmışdır. Tədbirdə 250-dən çox yerli və xarici jurnalist iştirak etmişdir

Quruluş və xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]
Milad qülləsinin təsviri.
Milad qülləsi dünyanın ən yüksək yeddi qülləsi arasında.

Milad qülləsi 435 metr (1,427 ft) -dir və İranın ən uzun qülləsi dünyanın ən yüksək 6-cı telekommunikasiya qülləsidir . Qüllə Əsas hissə, keçid (lobbi) tikilisi, şaft, mərkəzi hissə və antenna,mast kimi beş əsas hissədən ibarətdir.

Lobbinin quruluşu altı mərtəbədən ibarətdir. İlk üç mərtəbə də63 ticarət mərkəz, 11 ərzaq kortu, kafe və 260 kvadrat metrlik sərgi platforması yerləşir .[1] Birinci və ikinci yeraltı mərtəbələr bölmə və məlumat mərkəzlərindən ibarətdir. Yeraltı mərtəbə giriş kimi nəzərdə tutulub..

Beton quruluşlu 315 metr (1,033 ft)-lik ərazini zirzəmi əhatə edir. Şaftın üç müxtəlif tərəfində altı lift, qonaqlar üçün hər saniyədə 7 metr qalxan lift və ehtiyat çıxışlar var

Qüllənin təpəsi 25 min ton ağırlığında olan və 12 mərtəbədən ibarət olan bir polad tikilidir. Qülləin üst mərtəbəsi sosial-bədii qalereya, yeməkxana, fırlanan restoran , VİP restoran, telekommunikasiya qovşağı, sığınacaq zonası ,yanğından müdafiə sahəsi,[6] qapalı müşahidə göyərtəsi, açıq müşahidə göyərtə və göy qübbəsindən ibarətdir..

Dörd mərhələli antena mastı təxminən 120 metr (390 ft) yüksəkliyə malikdir. Başlanğıc alt mərtəbə ictimai istifadəçilərin telekommunikasiya antennalarını tənzimləmək üçün nəzərdə tutulub və üç üst mərtəbə İran İslam Respublikasının yayımantenaları üçün ayrılın

Kompleksdə həmçinin 27.000 kvadrat metr park sahəsi yerləşir Böyük kompüter və telekommunikasiya mərkəzi Şou roomlar ,ixtisaslaşdırılmış kitabxana, sərgi salonu və inzibati bölmədə bu qüllənin tərkib hissəsidir.

Milad qülləsi ənənəvi İran memarlığının simvolu olan səkkizguşə formasında hazırlanıb.

  1. 1 2 3 4 5 "Milad Tower | Buildings". Emporis.com. 2014-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-29.
  2. "Milad Tower, a perfect product for a perfect project". NBN (Nasl Bartar Novin). 2009-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-10.
  3. Andrew Burke, Mark Elliott. Iran (Lonely Planet Country Guide). p. 114. Lonely Planet Publications, 5th Edition, 2008. ISBN 978-1-74104-293-1.
  4. "Iran Opens World's 4th Highest Telecoms Tower". Cellular-News. 2018-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-05.
  5. Şahestan Pəhləvi. Kitab 1: Master Planı. Llewely Davies, 1976
  6. "Congress Venue". IUA. 2009-03-13. İstifadə tarixi: 2009-10-05.[ölü keçid]