Dünyadakı ən yüksək televiziya qüllələrinin siyahısına yalnız konusvari quruluşa malik və hündürlüyü 300 metrdən çox olan teleqüllələr daxildir. Televiziya siqnalının ötürülmə məsafəsi ötürücünün hündürlüyündən asılıdır, buna görə də televiziya qüllələri mümkün qədər yüksək səviyyədə tikilir və ərazinin ən yüksək nöqtələrinə yerləşdirilir.
Televiziya qüllələri, bir qayda olaraq, yer üzərindəki ən hündür binalardır, onlar tez-tez müşahidə platformaları ilə birləşirlər. Dünyanın ilk dəmir-beton teleqülləsi 1956-cı ildə Ştutqartda inşa edilmişdir. Ştutqart teleqülləsi bütün dünyada bu tip bir çox qüllələrin prototipi olmuşdur.
Dünyadakı ən yüksək teleqüllə və dünyanın ən yüksək ikinci tikilisi Tokiodakı Sky Tree (634 m, 2012)teleqülləsidir, Rusiyada və Avropada ən yüksək teleqüllə isə- Ostankino teleqüləsidir (540 m, 1967).
Yer | Hündürlük | Ad | Rəsim | Qeydlər | Şəhər | Ölkə | Açılış ili |
---|---|---|---|---|---|---|---|
1 | 634 m | Tokio Skytree (teleqüllə) | Rəqəmsal yayım üçün istifadə olunur. Müşahidə qüllələri 340, 345, 350 və 451 metr yüksəkliklərdə yerləşir. | Tokio | Yaponiya | 2012 | |
2 | 600 m[1] | Quançjou teleqülləsi | Xarici görünüşü rus mühəndis Şuxov, Vladimir Qriqoreviç patentinə uyğun gəlir .488 metr yüksəklikdə baxış platforması yerləşir.. | Quançjou | ÇXR | 2009 | |
3 | 553,3 ç[2] | CN teleqülləsi | 447 metr yüksəklikdə baxış platforması yerləşir | Toronto | Kanada | 1976 | |
4 | 540,1 m[3] | Ostankino teleqülləsi | Fundamentin kütləsi- 51 400 t. 337 metr hündürlükdə baxış platforması, 324 m — hündürlükdə restoran yerləşir. | Moskva | Rusiya | 1967 | |
5 | 468 m[4] | Şərq mirvarisi | Teleqüllədə restoran(267m), dans meydançası (271 m), konfrans zalı və baxış platforması (350 m) yerləşir | Şanxay | ÇXR | 1994 | |
6 | 435 m[5] | Milad teleqülləsi | İranın ən hündür binası. 276 metr yüksəklikdə dönən bir restoran var | Tehran | İran | 2007 | |
7 | 421 m[6] | Kuala Lumpur qülləsi | 283 metr yüksəkliyində dönən bir restoran var. | Kuala-Lumpur | Malayziya | 1994 | |
8 | 415,2 m[6] | Tyantsin teleqülləsi | 257 metr yüksəklikdə dönən bir restoran var. | Tyantszin | ÇXR | 1991 | |
9 | 405 m[6] | Pekin teleqülləsi | 221 və 238 metr yüksəkliklərdə müşahidə platformaları yerləşir | Pekin | ÇXR | 1992 | |
10 | 388 m[7] | Çjunyuan qülləsi | Çjunyuan | ÇXR | 2011 | ||
11 | 385 m[8] | Kiyev teleqülləsi | Kiyev qülləsi qəfəs quruluşlu dünyanın ən hündür tikilisi hesab olunur. | Kiyev | Ukrayna | 1973 | |
12 | 374,9 m[9] | Daşkənd Televiziya Qülləsi | Özbəkistan və Mərkəzi Asiyanın ən yüksək televiziya qülləsi. 104 metr yüksəklikdə dönən restoran yerləşir. | Daşkənd | Özbəkistan | 1985 | |
13 | 372 m[10] | Qurtuluş teleqülləsi (Küveyt) | Küveyt | Küveyt | 1996 | ||
14 | 371,5 m[11] | Almatı teleqülləsi | Qüllə rixter şkalası ilə 10 bala dözümlüdür. | Almatı | Qazaxıstan | 1983 | |
15 | 368,5 m[12] | Riqa teleqülləsi | Avropa Birliyində ən yüksək teleqüllə. 99 metr yüksəklikdə baxış platforması var. | Riqa | Latviya | 1986 | |
16 | 368 m[13] | Berlin teleqülləsi | Almaniyada ən yüksək binadır. 207,5 metr yüksəklikdə dönən bir kafe var. | Berlin | Almaniya | 1969 | |
17 | 366,8 m | Gerbrand teleqülləsi | Eyselesteyn | Niderland | 1961 | ||
18 | 353,26 m | Vinnitsa telemastı | [[Fayl:|90px]] | Dünyanın ən yüksək mastı | Vinnitsa | Ukrayna | 1961 |
19 | 350,2 m[14] | Stratosfera Las-Veqas (teleqüllə) | Las-Veqas | ABŞ | 1996 | ||
20 | 350 m[15][16] | Lotus teleqüllə | Cənubi Asiyada ikinci ən yüksək teleqüllə | Kolombo | Şri-Lanka | 2018 | |
21 | 339 m[17] | Qərb mirvarisi | 1992-ci ildən 1998-ci maliyyə problemləri səbəbiylə tikinti dayandırılmışdır. Tikinti 2004-cü ildə tamamlanmışdı, lakin qüllə 2006-cı ilin sonunda rəsmi şəkildə açılışı oldu. | Çendu | ÇXR | 2006 | |
22 | 338 m[6] | Makao qülləsi | mакао | ÇXR | 2001 | ||
23 | 337 m[18] | Avropaturm | 2004-cü ildə İsveçrə şirkəti antenanı Ка-32 helikopteri ilə dəyişdirdi | Frankfurt-Mayn | Almaniya | 1979 | |
24 | 336 m[6] | Əjdaha qülləsi | Metal strukturlu qüllə | ÇXR | 2000 | ||
25 | 332,6 m[6] | Tokio teleqülləsi | Qüllənin açılışında 150 milyona yaxın insan iştirak etmişdir. 250 metr hündürlükdə baxış platforması yerləşir. | Tokio | Yaponiya | 1958 | |
26 | 330,5 m[19] | Emley Moor teleqülləsi | Diametri 24,4 metrdir. | Haddersfild, | Böyük Britaniya | 1971 | |
27 | 329,4 m[20] | Milvauke teleqülləsi | Milvauke | ABŞ | 1962 | ||
28 | 328 m[6] | Sky Tover (teleqüllə) | Cənubi yarımkürədə ən yüksək teleqüllədir. 220 metr hündürlükdə baxış platforması var. | Oklənd | Yeni Zelandiya | 1997 | |
29 | 326,5 m[21] | Vilnüs teleqülləsi | 165 metrdə fırlanan restoran yerləşir | Vilnüs | Litva | 1980 | |
30 | 326 m[22] | Sankt-Peterburq teleqülləsi | Başlanğıcda qüllə 316 metr yüksəkdə idi , lakin antenanı 1986-cı ildə əvəz etdikdən sonra 6 metr qısaldı. 2011-ci ildə yeni rəqəmsal verici antenanın hündürlüyü 16 metr artdı. İndi qüllənin hündürlüyü 326 metrdir. | Sankt-Peterburq | Rusiya | 1962 | |
31 | 324 m[23] | Eyfel qülləsi | Qüllə Fransanın simvolu olaraq dünyada məşhurdur. | Paris | Fransa | 1889 | |
32 | 323,8 m[24] | VHDH teleqülləsi | [1] | Nyuton(Massaçusets) | ABŞ | 1994 | |
33 | 323 m[25] | Rameşvaran teleqülləsi | Rameşvaran | Hindistan | 1995 | ||
34 | 318,5 m[26] | Nankin teleqülləsi | Nankin | ÇXR | 1996 | ||
35 | 317,6 m[27] | Kanzas teleqülləsi | Kanzas-Siti (Missuri) | ABŞ | 1956 | ||
36 | 314 m[28] | Tallin teleqülləsi | Tallin | Estoniya | 1980 | ||
37 | 311,7 m[29] | İrəvan teleqülləsi | İrəvan | Ermənistan | 1977 | ||
38 | 310 m[30] | Bakı Televiziya Qülləsi | 175 metr yüksəklikdə dönən restoran yerləşir. | Bakı | Azərbaycan | 1996 | |
39 | 309 m[6] | Sidney teleqülləsi | Cənub yarımkürəsində ikinci ən yüksək teleqüllədir. | Sidney | Avstraliya | 1981 | |
40 | 305,5 m[31] | Liaoninq teleqülləsi | Şenyan | ÇXR | 1989 | ||
41 | 304,8 m[25] | Fazilka teleqülləsi | Fazilka | Hindistan | 2007 | ||
42 | 300,2 m[25][32] | Mumbay teleqülləsi | Mumbay | Hindistan | ? | ||
43 | 300 m[25] | Samatra teleqülləsi | Hindistan | Bhuc | Hindistan | 1999 | |
44 | 300 m | Caysalmer teleqülləsi | Caysalmer | Hindistan | 1993 | ||
45 | 300 m[33] | Sint-Piters-Leuv teleqülləsi | Tursitlərə giriş qadağandır. | Sint-Piters-Leuv | Belçika | 1996 |