Milan Milutinović (serb. Милан Милутиновић; 19 dekabr 1942[1], Belqrad – 2 iyul 2023[2], Belqrad) — Yuqoslaviya və Serbiyanın serb əsilli dövlət və siyasət xadimi. Serbiyanın ikinci prezidenti. Prezidentlik səlahiyyəti 29 dekabr 1997-ci ildən 29 dekabr 2002-ci ilə qədər olmuşdur.
Milan Milutinoviç | |
---|---|
serb. Милан Милутиновић | |
Doğum tarixi | 19 dekabr 1942[1] |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyul 2023[2] (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, diplomat, siyasi komissar |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Serbiyanın Təhsil və Elm üzrə Katibi (1977–82), Serbiya Milli Kitabxanasının direktoru (1983–87), Yuqoslaviya Federativ Respublikasının Yunanıstandakı səfiri (1989–95), Yuqoslaviyanın Federal Xarici İşlər Naziri (1995–97) vəzifələrində çalışmışdır. 2002-ci ilin dekabrında prezidentlik müddəti başa çatdıqdan sonra o, hərbi cinayətlərə görə mühakimə olunduğu Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalına təslim oldu.
1942-ci il dekabrın 19-də Belqradda anadan olmuşdur. 1990-cı illərdə etnik albanlara qarşı hərbi cinayətlərdə şübhəli bilinən və bu həftə Haqqa məhkəməsi ndə bəraət qazanan serbiya nın keçmiş prezidenti Milan Milutinoviç Belqrada qayıdıb. Hava limanında sabiq prezident tərfdarları ilə görüşüb. Qeyd edəki ki, Milan Milutinoviç Kosova da 800 min dinc sakinin departasiyası və yüzlərlə adamın qətlində təqsirləndirirldi. Eyni zamanda bu iş üzrə keçmiş prezidentin 4 tərəfdarı və sabiq baş nazir Nikola Sainoviç də həbs edilmişdi.