Milli Mətbuatın 135 illiyinə həsr olunmuş gümüş sikkə

Milli Mətbuatın 135 illiyinə həsr olunmuş gümüş sikkə — Xatirə sikkəsi. Sikkə Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.[1]

Xatirə sikkəsi milli mətbuatın 135 illiyinə həsr olunmuşdur (1875–2010).

Xatirə sikkəsinin üz tərəfində görkəmli publisistin portreti, arxa tərəfində isə Azərbaycan Respublikasının Xəritəsinin stilistik (qrafik) görünüşü təsvir edilmışdir.

Portretin ətrafında Həsən bəy Zərdabinin adı və həyat dövrü, xəritənin ətrafinda xatirə sikkəsinin buraxıldığı il "2010"-cü il, "Azərbaycan Respublikası" sözləri və xatirə sikkəsinin nominalı göstərilmişdir.

Xatirə sikkəsi Avstriyanın "Austrian Mint" sikkəxanasında yüksək standartalara uyğun hazırlanmışdır.

Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.

  • Nominalı 5 manat
  • Diametri 37 mm
  • Çəkisi 31,1 qr
  • Əyarı 925
  • Keyfiyyəti Proof
  • Buraxılış limiti 1000
  1. Tərtibçi:A.Abdullayeva. "Azərbaycan maarifinin yorulmaz carçısı: Həsən bəy Zərdabi – 170" (PDF) (az.). 2012. 2016-05-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-08.