Bu termin 1999-cu ildə Darsi Dinuççi tərəfindən təklif edilmişdir[3] və daha sonra 2004-cü ildə ilk Veb 2.0 SammitindəTim O’Rayli və Deyl Dogerti tərəfindən populyarlaşdırılmışdı.[4][5][6] Termin proqram versiyalarının nömrələnməsini təqlid etməsinə baxmayaraq, bu, ümumdünya hörümçək torunun təbiətindəki formal dəyişikliyi ifadə etmir,[7] sadəcə olaraq bu dövrdə interaktiv vebsaytların çoxalması və orijinal vebin daha statik, köhnə vebsaytlarına kölgə salması nəticəsində baş vermiş ümumi dəyişikliyi təsvir edir.[8]
Veb 2.0-nin əvvəlki veb texnologiyalarından əhəmiyyətli dərəcədə fərqli olub-olmaması məsələsinə bu termini jarqon kimi təsvir edən, ümumdünya hörümçək torunun ixtiraçısı Tim Berners-Li etiraz etmişdir.[9] Onun veb haqqında ilkin təxəyyülü "hamımızın görüşüb oxuyub yaza biləcəyimiz bir yer, əməkdaşlıq vasitəsi" idi.[10][11] Digər tərəfdən, semantik veb termini (bəzən veb 3.0 adlandırılır)[12] ilk dəfə Berners-Li tərəfindən mənanın maşınlar tərəfindən emal oluna biləcəyi məzmun şəbəkəsinə istinad etmək üçün istifadə edilmişdir.[13]
↑Graham, Paul. "Web 2.0". November 2005. 2012-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-08-02. I first heard the phrase 'Web 2.0' in the name of the Web 2.0 conference in 2004.