Milli Təhlükəsizlik Şurası (Türkiyə)

Milli Təhlükəsizlik Şurası (türk. Milli Güvenlik Kurulu, MGK) — Türkiyə Prezidentinin (baş komandan olan) milli təhlükəsizlik, hərbixarici siyasət məsələlərini yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri ilə müzakirə etmək və müxtəlif dövlət agentlikləri arasında bu siyasətləri koordinasiya etmək üçün istifadə etdiyi əsas dövlət qurumu. Digər ölkələrin milli təhlükəsizlik şuraları kimi, MGK də milli təhlükəsizlik siyasətini formalaşdırır.

Milli Təhlükəsizlik Şurası
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 1962
Baş qərargah
Rəsmi saytı mgk.gov.tr

Qurumun siyasəti Milli Təhlükəsizlik Siyasəti Sənədində (türk. Milli Güvenlik Siyaseti Belgesi) ifadə edilir və bu, adətən "Qırmızı Kitab" kimi tanınır.[1][2] "Qırmızı Kitab"ı bəzən Türkiyədə "ən məxfi" sənəd adlandırırlar. On ildə bir və ya iki dəfə yenilənir.[3]

MGK-nin yaradılması 1960-cı il hərbi çevrilişinin nəticəsi idi və 1961-ci ildən konstitusiyanın bir hissəsidir. Beləliklə, 1961-ci il konstitusiyası Türkiyə alimi Sakallıoğlunun "ikibaşlı siyasi sistem" adlandırdığı şeyi yaratmışdır: "mülki nazirlər şurası milli təhlükəsizlik şurası ilə icra hakimiyyəti səviyyəsində yanaşı mövcud idi və hərbi ədliyyə sistemi mülki ədliyyə sistemi ilə yanaşı müstəqil şəkildə fəaliyyət göstərməyə davam etmişdir".[4]

MGK-nin rolu 1980-ci il hərbi çevrilişindən sonra hərbi xunta tərəfindən hakimiyyətin mülki siyasətçilərə verilməsindən əvvəl qəbul edilən 1982-ci il konstitusiyası ilə daha da gücləndirilmi.dir. Bundan sonra onun tövsiyələrinə Nazirlər Şurası tərəfindən üstünlük verilmişdir. Bundan əlavə, MGK-də yüksək səviyyəli hərbi komandirlərin sayı və çəkisi onun mülki üzvləri hesabına artmışdır.[4] 1992-ci ildə o vaxtkı Baş Qərargah rəisi general Doğan Gürəş bəyan etmişdir ki, "Türkiyə ordu dövlətidir".[5]

  1. Mercan, Faruk. "Kırmızı Kitap'ı uyguladık". Aksiyon (türk). Feza Gazetecilik A.Ş. 610. 2006-08-14. 2007-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-06.
  2. "Devletin milli güvenlik siyasetini içeren belgenin adı "Milli Siyaset Belgesi" veya "Milli Güvenlik Siyaset Belgesi" gibi değişik biçimlerde ifade edilmektedir. Belgenin resmi adı nedir?". Frequently Asked Questions (türk). Milli Güvenlik Kurulu Genel Sekreterligi. 2007-10-05. 2008-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-01-06.
  3. Ergin, Sedat. "Milli Güvenlik Siyaset Belgesi değiştiriliyor". Hürriyet (türk). 2004-11-24. 2012-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-01-06.
  4. 1 2 Sakallioglu, Cizre.
  5. Özcan, Gencer, "The Military and the Making of Foreign Policy in Turkey", In: Kirişci, Kemal (red.) & Rubin, Barry (red.): Turkey in World Politics.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Kars Kaynar, Ayşegül. "Making of military tutelage in Turkey: the National Security Council in the 1961 and 1982 Constitutions." Turkish Studies 19.3 (2018): 451–481.
  • Kars Kaynar, Ayşegül. "Political Activism of the National Security Council in Turkey After the Reforms." Armed Forces & Society 43.3 (2017): 523–544.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]