Milli Tarixi Abidə

Nyu-York şəhərindəki Sentral park görkəmli Milli Tarixi Abidədir. Nyu York şəhəri ABŞ-nin digər şəhərlərindəkilərdən daha çoxuna, 116 Milli Tarixi Abidəyə sahibdir.

Milli Tarixi Abidə və ya qısaca olaraq NHL (ing. National Historic Landmark) ― ABŞ federal hökuməti tərəfindən tarixi əhəmiyyətinə görə tanınmış tikili, əsər və ya regiona verilən addır. Tarixi Yerlərin Milli Ryestirində yerləşən 80 000-ə yaxın tikili, əsər və regiondan yalnız 2 430 ədədi NHL kateqoriyasına aid edilmişdir.

Milli Tarixi Abidə Regionu və ya NHLD (ing. District National Historic Landmark), NHL tərəfindən tanınan və bir qrup tarixi baxımdan əhəmiyyətli binanı və ya əsəri özündə ehtiva edən regionlara deyilir.

9 oktyabr 1960-cı ildə, o zamankı ABŞ Daxili İşlər Naziri Fred Andrew Seatonun 92 əsəri NHL kateqoriyasında təsnif etməsini elan etməsi ilə başlamışdır. NHL təsnifatına daxil olan ilk əsərin, Ayova ştatının Sioux City şəhərində yerləşən Başçavuş Floyd məzarı və memorial abidəsi olmasına və bu qərarın 30 iyun 1960-cı ildə verilməsinə baxmayaraq, digər 91 əsərin elanı isə həmin il 9 Oktyabr tarixinə qədər siyasi səbəblərə görə təxirə salınmışdır.

ABŞ-nin Mərakeşdəki diplomatik missiyasının binası xarici torpaqlardakı ilk Milli Tarixi Abidədir.

ABŞ Daxili İşlər Naziri tərəfindən NHL olaraq seçiləcək bir əsər üçün aşağıdakı şərtlərdən biri və ya bir neçəsi tələb olunur:

  • Milli əhəmiyyətli tarixi bir hadisənin baş verdiyi bir region olmalıdır.
  • Tarixi əhəmiyyət kəsb edən insanların yaşadığı və ya işlədiyi yerlər olmalıdır.
  • Milləti formalaşdıran və ya əhəmiyyətli dərəcədə təsir göstərən bəzi fikirlərlə əlaqəli ikonik bir əsər olmalıdır.
  • Konstruksiya və ya tikilmiş olduğu sahədə çox vacib bir nümunəsinin olması lazımdır.
  • Müəyyən bir həyat tərzini xarakterizə edən məkanlar olmalıdır.
  • Əhəmiyyətli məlumatlar verən arxeoloji zonalar olmalıdırlar.