Milyon daşı (Yunanca:Μίλ(λ)ιον / Milion), — İstanbulda Şərqi Roma dövründən qalma bir əsərdir.
Milyon daşı | |
---|---|
41°00′28″ şm. e. 28°58′41″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | İstanbul |
Tikilmə tarixi | IV əsr |
Vikianbarda əlaqəli mediafayllar |
İstanbulun Fatih (əvvəllər Eminönü idi) ilçəsinin Cağaloğlu səmtində yerləşən Aya Sofya məscidi qarşısında Sultanəhməd meydanının şimal-qərb küncündə Yerebatan sarnıcının girişinin yaxınlığında, tramvay yolunun yanında yerləşir.
Bizans İmperiyasında Konstantinopol şəhərinə çatan bütün Antik Roma yollarının başlanğıc nöqtəsi və dünyadakı digər şəhərlərin bu şəhərə olan uzaqlığının hesablanmasında istifadə edilən sıfır nöqtəsidir. İtaliyada Roma şəhərində yerləşən digər bir abidə olan Milliarium Aureum ilə eyni funksiyanı yerinə yetirir. Bizansın yenidən inşası və paytaxt şöhrətini qazanması əsnasında inşa edilən bir çox görkəmli abidə kimi İmperator I Konstantin tərəfindən IV əsrdə yerləşdirildiyi düşünülür.
Milyon ilk inşa edildiyində dörd istiqamətə baxan bir qapı və bu nöqtədə kəsişən yolların üzərinə yüksələn, dörd sütun üzərinə oturmuş bir qübbədən meydana gəlməkdə idi. Tetrapylon arxitektura adı ilə xatırlanan bu strukturlar Roma mədəniyyətinin əhəmiyyətli elementlərindən biri idi. Milyon abidəsinin və qübbəsinin üzərində bir çox Bizans dövrünə aid heykəl və qabartma var idi və bu abidənin ehtişamını çox daha çox artırmaqdaydı.
XVI əsrdə İstanbula su daşıyan kəmərlərin genişləndirilməsi işləri əsnasında yıxılıb, ortadan itməyə başladığı təxmin edilməkdədir.