Min Si (çin. 奚梦瑶; 8 mart 1989, Şanxay)[1] — Çin modeli. 2009-cu ildə qatıldığı bir televiziya müsabiqəsindən sonra peşəkar model karyerası başlamışdır. 2011-ci ildə Givenchy Yüksək Yaz Şousunda debüt edərək beynəlxalq model kimi fəaliyyət göstərməyə başlamışdır.[2] 2011-ci ildə Givenchy brendinin bir kolleksiyası üçün modellik etmiş, brendin payız/qış reklam kampaniyasının siması olmuşdur. Si 2013-cü ildə Victoria's Secret Dəb Şousunda modellik etmişdir.
Min Si | |
---|---|
çin. 奚梦瑶 | |
Doğum tarixi | 8 mart 1989 (35 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Təhsili |
|
Fəaliyyəti | model[d] |
Vikianbarda əlaqəli mediafayllar |
2008-ci ildə Si Dragon Television kanalında yayımlanan "Get! Şərq mələkləri" müsabiqəsində iştirak etmişdir. Bu onun televiziyadakı ilk əsas çıxışı idi.[3]
Kollecdən məzun olduqdan 2 il sonra Elite Model Look müsabiqəsinə qatılmışdır. Bu müsabiqə Elite Model Management tərəfindən təşkil olunan dəb modeli tədbiri idi. Müsabiqədən qısa müddət sonra Givenchy brendi tərəfindən modellik təklifi almış, Givenchy Yüksək Kuturye Şousunda debüt etmişdir.[2] Həmin il beynəlxalq səviyyədə modellik etməyə başlamışdır. 2010-cu ildə Givenchy brendinin payız/qış kampaniyasında yer almış,[4] Mert Alas və Markus Piqqott tərəfindən çəkilmişdir. Si 2011-ci ildə Nyu-York Dəb həftəsinin payız/qış şousuna qatılmış, Şu Pei, Sun Feyfey və Liu Ven kimi digər çinli modellərlə birlikdə çıxış etmişdir.[3]
2013, 2014, 2015, 2016, 2017 və 2018-ci illərdə Victoria's Secret Dəb Şousunda modellik etmişdir. 2014-cü ildə Maykl Kors Miranda Kerr və Rouzi Hantinqton-Vaytli ilə birlikdə Min Sini də ekstarvaqanzasına dəvət etmişdir.[5] Si Kors və Hantinqton-Vaytli ilə birlikdə Met qalasının qırmızı xalça mərasimində iştirak etmişdir. 2015-ci ildə Balmain moda evinin kreativ direktoru Olivye Rusten onu Alessandra Ambrosio, Adriana Lima, Konstans Yablonski, Teylor Hill, Joan Smolls, Sindi Bruna, Cordan Dann, Karli Kloss, Maqdalena Frontskovyak, Devon Vindzor və Lili Donaldson ilə birlikdə Balmain payız şousuna dəvət etmişdir.[6] 2015-ci ildə Karl Lagerfeld Sini brendinin yeni kampaniyasında iştirak etmək üçün seçmişdir və o, Kendall Cenner ilə Saşa Luss ilə əməkdaşlıq etmişdir.[7]
2019-cu ilin mayında Honkonq-Makao maqnatı Stenli Honun oğlu olan Mario Ho ilə nişanlanmış, iyulda isə evlənmişdir.[8][9] 2019-cu ilin oktyabrında Ronaldo adlı bir oğlu olmuşdur.[10]