Minarə Tahirova

Minarə Məmməd qızı Tahirova (1936, Göyçay rayonu, Zaqafqaziya SFSR, SSRİ – 20 oktyabr 2017, Sumqayıt, Azərbaycan) — Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Şöhrət" ordenli pedaqoq.[1]

Minarə Tahirova
Minarə Məmməd qızı Tahirova
Doğum tarixi
Doğum yeri Göyçay rayonu, Zaqafqaziya SFSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Sumqayıt, Azərbaycan
Dəfn yeri Sumqayıt şəhər qəbiritanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsi
Mükafatları "Şöhrət" ordeni — 2006

Uzun müddət 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olmuşdur.

1954-cü ildə o vaxtkı APİ-nin Tarix fakültəsinə daxil olmuşdur.

1959-cu ildən taleyini Sumqayıtla bağlayıb. O, bu şəhərə münasibətini belə ifadə edir:

" Sumqayıt hər bir sumqayıtlının tale şəhəridir. Mənim isə öz şəhərimdir.[2]
Minarə Tahirova
"

Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır.

1981–1983-cü illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, 1983–1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir.

1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Həmin lisey uzun müddət Sumqayıtda "Minarənin liseyi" adı ilə tanınıb.

20 oktyabr 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.[3] Onunla vida mərasimi Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilib.[4] Vida mərasimində Sumqayıt şəhər İcra Hamimiyyətinin başçısı Zakir Fərəcov, təhsil işçiləri və şəhər ictimaiyyət nümayəndələri iştirak ediblər.[4] Minarə Tahirova Sumqayıt şəhər qəbiritanlığında dəfn olunub.[4]

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • SSRİ "Əmək igidliyinə görə" medalı
  • SSRİ "Əməkdə fərqlənməyə görə" medalı
  • SSRİ "SSRİ təhsil əlaçısı"
  • Azərbaycan "Respublika qabaqcıl maarif xadimi" döş nişanları
  • Azərbaycan 2000-ci ilin 18 martında Prezidentin Fərmanı ilə "Əməkdar müəllim" adına layiq görülüb.[1]
  • Azərbaycan Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü[5]
  • Azərbaycan 2006-cı il "Şöhrət" ordeni

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]