Mindel buzlaşması, Mindel

Mindel buzlaşması (alm. Mindel-Kaltzeit‎ və ya alm. Mindel-Glazial‎) — Dördüncü dövrdə Alp dağlarında ən böyük buzlaşmalardan biri. Dunay çayının sağ qolu olan Mindel çayının adı ilə bağlıdır. Buzlaq örtüyü bütün Şimali Avropanı əhatə etməklə Karpat dağlarınadək irəliləmişdir. Mindel buzlaşması Rus düzənliyində Lixvin, şimal-qərbi Avropa-Elster, Şimali Amerikada isə Kanzas buzlaşma dövrlərinə uyğun gəlir. Mindel buzlaşması Penk və Brükner tərəfindən 100-cü ildə müəyyən edilmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ş. G. Həsənov, S. B. Məmmədov, Y. Q. Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti " Təhsil" Bakı- 2005.