Miqdad ibn Əsvəd əl-Kindi

Miqdad ibn Əmr əl-Kindi (təq. 590, Yəmən652, Mədinə, Hicaz, Rəşidi xilafəti) — Məhəmmədin səhabəsi, Dörd sadiq səhabədən biri.

Miqdad ibn Əmr
ərəb. المقداد بن الأسود
Doğum tarixi təq. 590
Doğum yeri
Vəfat tarixi 652
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti alim

Əmr ibn Səlbənin oğlu Miqdad Bəhra adlı qəbilələrində bir nəfəri qətlə yetirərək Kindi qəbiləsinə qaçır, onlarla əhd bağlayaraq “Miqdad Kindi” adlanır. Həmin qəbilədə də bir nəfəri öldürərək Məkkəyə yollanır, Əsvəd ibn Əbd Yəğus adlı bir şəxslə əhd-peyman bağlayır. Bəni-Zəhrə qəbiləsindən olan bu şəxs Miqdadı cahiliyyət adətləri əsasında oğulluğa götürür. Bundan sonra Miqdad “Miqdad ibn Əsvəd” adlanır. Sonralar “Onları öz atalarının adı ilə çağırın, bu, Allah yanında ədalətə daha yaxındır” ayəsi nazil olduqda Miqdad “Miqdad ibn Əmr” adlandırıldı. Miqdadın kunyəsi Əbu-Məbəd idi. Miqdad hündür boylu, cüssəli qiyafəyə malik bir şəxs idi.

Miqdad İslam dinini ilk qəbul edənlərdən və Həbəşəyə hicrət edənlərdəndir. Az bir müddətdən sonra Həbəşədən Məkkəyə qayıdan Miqdad, Peyğəmbər (s) Mədinəyə mühacirət etmək istədikdə müsəlmanlar kimi Məkkəni tərk edə bilmədi.

Peyğəmbər (s) Übəydə ibn Haris adlı bir şəxsi qoşuna rəhbər təyin edərək, döyüşə göndərdi. Qoşun Məkkəlilərin böyük bir dəstəsi ilə rastlaşsa da müharibə baş vermədi. Fürsət tapan Miqdad müsəlmanlara qoşularaq Mədinəyə gəlir. Allahın Rəsulu (s) onunla Cəbbar ibn Səxra adlı şəxs arasında qardaşlıq əqdi oxuyur.

Miqdadın fəzilətləri

[redaktə | mənbəni redaktə et]

Miqdad böyük məqama və fəzilətlərə sahib olan səhabələrdəndir. Allahın Rəsulu (s) Allah tərəfindən dörd nəfəri sevməyə məmur seçilmişdi. Onlardan biri Miqdad idi. Miqdad Allah Rəsulundan (s) sonra Əlinin haqq olduğu və Əhli-beytin məzlumiyyəti barədə bir dəqiqə olsun belə şəkk etməyən şəxslərdəndir. O, daim əlində qılınc tutaraq, gözlərini Həzrət Əlinin gözlərinə dikərək Həzrətin əmrini gözləyib. Miqdad Həzrət Zəhraya namaz qılan şəxslərdəndir.

İmam Sadiq buyurur: “Miqdadın bu ümmətin arasındakı məqamı Qurandakı Əlif hərfi kimidir ki, heç bir şey ona birləşmir”

Miqdad Mədinədə Peyğəmbərin (s) əmisi qızı, Zubəyr ibn Haris ibn Əbdül-Müttəlibin “Zubaə” adlı qızı ilə ailə qurur.

İmam Sadiq buyurur: “Allahın Rəsulu (s) Zubəyr ibn Harisin qızı Zubaəni Miqdadla evləndirdi ki, izdivaclar asan baş tutsun və camaat bu işdə də Allah Rəsuluna (s) iqtida edərək Allah yanında onların ən əzizinin təqvalı olduğunu bilsinlər.”

Miqdad Peyğəmbərin (s) xidmətində

[redaktə | mənbəni redaktə et]

Miqdad Bədr, Uhud, Xəndək və s müharibələrdə iştirak edib. O, mahir oxatan idi. Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra Misirin fəth olunmasında iştirak edənlərdəndir.

Bədr müharibəsi başlamamışdan öncə Allahın Rəsulu (s) çox narahat və nigaran idi. Məsləhətləşmək üçün səhabələri topladıqda, bəziləri məyusedici sözlər danışmağa başladı. Miqdad ayağa qalxaraq deyir: “Ey Allahın Rəsulu (s)! Məmur seçildiyiniz yerə gedin, biz də Sizinləyik. Bəni-israilin Musaya (ə) “Sən Allahınla gedib düşmənlərlə düyüşün, biz burada əyləşmişik” dedyini demirik. Biz Səninlə birlikdə döyüşə gedəcəyik. And olsun Səni haqqa məbus edən Allaha, əgər dənizin dibinə də girsən, Səninlə birgəyik.” Peyğəmbər (s) onun barəsində dua etdi.

Bədr döyüşündə Miqdadın böyük əməyi oldu. Bu müharibədə müsəlmanların cəmi üç atı var idi. Həmin atlardan biri, “Bəzcə” və ya “Səbhə” adlı at Miqdada məxsus idi. (“Yəsub” adlı at Zubəyr, “Səbl” adlı at Mərsəd ibn Əbi Mərsəd Ğənəviyə məxsus idi.)

Miqdad səqifədə

[redaktə | mənbəni redaktə et]

Miqdad Əbu-Bəkrə etiraz edən on iki nəfərdən biridir. Miqdad səqifədə ayağa qalxaraq dedi: “Ey Əbu-Bəkr, öz nəfsinə diqqət et, özün barəndə düşünüb günahların üçün ağla ki, bu sənin üçün yaşayışında və ölümündə daha yaxşıdır. Allahın və Peyğəmbərinin (s) təyin etdiyi bu əmri öz sahibinə geri qaytar. Dünyaya söykənmə, onun alçaq şəxsləri səni qürurlandırmasın. Tezliklə dünyan məhv olub Allahına tərəf qayıdacaqsan və əməlinin qarşılığını alacaqsan. Sən özün bilirsən ki, bu iş (Xilafət) Əliyə məxsusdur. O, Peyğəmbərdən (s) sonra onun sahibidir. Sənə nəsihət verdim. Bəlkə nəsihətimi qəbul etdin.”

Miqdad Peyğəmbərdən (s) sonra

[redaktə | mənbəni redaktə et]

Allahın Rəsulu (s) dünyasını dəyişdikdən sonra Miqdad daim Əmirəl-Möminin Əlinin xidmətində dayanaraq, Əhli-Beytin qəsb olunmuş hüququnu müdafiə edirdi.

Şəbi nəql edir ki, Osmanın xəlifə seçildiyi şura təşkil olunduqda camaat daruş-şurada (şura evində) toplaşdılar. Miqdad ora gəlib dedi: “Ey camaat! Dediklərimə qulaq asın. Mən Miqdad ibn Əmrəm. Deyirəm əgər Əliyə beyət etsəniz, eşidib itaət edəcəyik. əgər Osmana beyət etsəniz eşidib itaət etməyəcəyik.” Əbdullah ibn Rəbiə ibn Muğeyrə Məxzumi ayağa qalxaraq dedi: “Əgər Osmana beyət etsəniz, eşidəcək və itaət edəcəyik. Əgər Əliyə beyət etsəniz eşidəcək amma itaət etməyəcəyik. ” Miqdad dedi: “Ey Allahın, Peyğəmbərinin (s) və Allah kitabının düşməni, saleh camaat sənin sözünü qəbul etməyəcək.”

Əbdullah dedi: “Sənin kimi birisi qureyşin işinə müdaxilə etməyə cürət edə bilməz.” Şura günü Miqdad dedi: “Məni özünüzlə birgə şuraya daxil edin.” Qəbul etmədilər. Dedi: “Yaxınlığınızda olmağıma icazə verin.” Qəbul etmədiklərində Miqdad dedi: “İndi ki, mənim bu iki istəyimi qəbul etmirsiniz, Bədr müharibəsində və beyəti-rizvanda hazır olmayan, Uhud müharibəsindən qaçanla (məqsədi Osman idi) beyət etməyin.” Osman dedi: “Əgər mən xəlifə olsam, Səni əvvəlki vəziyyətinə qaytaracağam. (qulluğa)”


Miqdad dünyasını dəyişdikdə Osman onun qəbrinin kənarında dayanıb təriflər deməyə başladı. Bunu görən Zübeyir bu məzmundan bir şeir söylədi: “Ölümümdən sonra Mənə nalə edib, novhə oxuduğunu görürəm. Sağ olarkən Mənə azuqə vermirdin.”

Şəbi deyir: “Şuradan bir gün sonra Miqdad osmanı xilafətə çatdıran Əbdur-rəhmanla rastlaşdı. Onun əlindən tutaraq dedi. Əgər bu işi dünyaya xatir etmisənsə, Allah malını artırsın. Əbdur-rəhman dedi: qulaq as, qulaq as... Miqdad dedi: Qulaq asmıram. Əlini onun əlindən çəkərək getdi. Bundan sonra Əlinin xidmətinə gedərək dedi: Qalx və döyüş ki, Səninlə birgə döyüşək. Əli buyurdu: Tərəfdarlarımız olmadan kiminlə vuruşaq, Allah sənə rəhmət etsin.”

Miqdad və Əhli-beytin məhəbbəti

[redaktə | mənbəni redaktə et]

Əbdullah ibn Cündəb deyir: “Osman xəlifəliyə çatdığı gün Miqdadın yanına getdikdə belə dediyini eşitdim: Allaha and olsun, bu ailə kimi məzlum olanı görməmişəm. Orada əyləşmiş Əbdur-rəhman ibn ovf dedi: Miqdad, bu işlərdən sənə nə?!” Miqdad dedi: Allaha and olsun ki, Onları Allahın Rəsuluna (s) xatir sevirəm. Qureyşə təəccüb edirəm ki, Allah Rəsulunun (s) qohumu olduqlarına görə camaatın yanında fəxr edirlər, amma Əhli-beytinin haqqını əlindən alırlar. Əbdur-rəhman dedi: Allaha and olsun, şurada sizin haqqınızda və sizin xeyirinizə çalışdım.

Miqdad dedi: Allaha and olsun, haqq əmr edən və ədalətli bir şəxsi məhrum və tərk etdin. Allaha and olsun, əgər qureyşin əleyhinə döyüşmək üçün köməyimiz olsaydı, Bədrdə və Uhuddə vuruşduğumuz kimi vuruşardıq. Əbdur-rəhman dedi: Anan matəmində əyləşməsin, ehtiyatlı ol ki, camaat bu sözlərini eşitməsin. Fitnə və təfriqə salan olmağından qorxuram. Miqdad dedi: Haqq və Vəlilərinə tərəf dəvət edən şəxs fitnə və təfriqə salan ola bilməz. Fitnəkar o şəxsdir ki, camaatı batilə salıb və nəfsi istəklərini haqqdan önə keçirib. Əbdur-rəhmanın əhvalı dəyişdi, ayağa qalxıb dedi: Əgər məqsədinin mən olduğumu bilsəydim, səninlə münasibətim başqa cür olardı. Miqdad dedi: Ey Əbdur-rəhman, məni hədələyirsən?! Sonra ayağa qalxıb çıxıb getdi.

Əlinin şiələri Osmanı xilafəti qəsb etməkdə günahkar bildiklərindən onun işlərindən də nifrət edirdilər. Osman da Əli və yaxınlarına qarşı xüsusi “həssasiyyətlə” yanaşırdı. Onları növbənöv məhrumiyyətlərə və əzablara düçar edirdi. Əbazər Qəffarini Rəbəzə çölünə sürgün etdi. Əmmara zərbə vurdurduğundan sinəsində çat əmələ gəlmişdi. Əbdullah ibn Məsudun dişlərini sındırdı və Miqdada hədə-qorxu gəldi.

Miqdad və Osman

[redaktə | mənbəni redaktə et]

İmam Baqir buyurur: “Osman Miqdada dedi: Allaha and olsun, ya gərək işlərindən əl çəkəsən ya da səni əvvəlki vəziyyətinə qaytaracağam. Miqdad ölüm ayağında olarkən Əmmara dedi: Mənim tərəfimdən Osmana çatdır ki, mən Allahıma tərəf qayıtdım.”

Miqdadın vəfatı

[redaktə | mənbəni redaktə et]

Miqdad ölüm ayağında olarkən ölümü barəsində Osmana xəbər verilməməsini vəsiyyət etdi. Miqdad hicrətin 33-cü ilində 70 yaşında Mədinənin bir fərsəxliyində yerləşən “Cərf” adlı məntəqədə dünyasını dəyişdi. Müsəlmanlar Miqdadın cənazəsini Mədinəyə gətirərək dəfn etdilər. Əmmar Yasirin onun cənazəsinə namaz qıldığı nəql olunub.