Zübeyr ibn Əvvam

Zübeyr ibn Əvvam (36/656-cı ildə vəfat etmişdir) – Məhəmməd peyğəmbərin səhabəsi.

Zübeyr ibn Əvvam
ərəb. الزبير بن العوام
Doğum tarixi 594
Doğum yeri
Vəfat tarixi 4 dekabr 656(0656-12-04)
Vəfat yeri
Vəfat səbəbi bıçaq xəsarəti[d]
Həyat yoldaşları
Uşaqları
Anası Səfiyyə binti Əbdülmüttalib
Fəaliyyəti siyasətçi, şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İslamı ilk qəbul edənlərdən olmuş və bu səbəbdən də təqiblərə məruz qalmışdır. 615-ci ildə Həbəşistana, sonra isə Mədinəyə hicrət etmiş, müsəlmanların qureyşlilərlə apardığı bütün döyüşlərdə istirak etmişdir. Məhəmməd peyğəmbərin vəfatından sonra Raşidi xəlifələrin dövründə Zübeyr Xilafətin Bizansa qarşı apardığı müharibədə də vuruşmuşdur. Xəlifə Ömər tərəfindən xəlifəliyi irəli sürülən altı namizəddən biri olmuşdur. O, xəlifə Osmanın öldürülməsinə qədər siyasətdən uzaq qalmışdır. O, əvvəllər Əli ibn Əbu Talibin xəlifəliyini tanısada, Cəməl döyüşündə ona qarşı vuruşmuş orada da həlak olmuşdur.

  1. 1 2 Ərəbcə Vikipediya. 2003.