Mir Bəhaəddin körpüsü, (az-əbcəd. میربهاءالدین کؤرپۆسۆ), keçmişki Zəncan-Bicar yolunda, Zəngançayı üzərində tikilmiş körpüdür.
Mir Bəhaəddin körpüsü | |
---|---|
36°39′27″ şm. e. 48°28′21″ ş. u. | |
Ölkə | İran |
Şəhər | Zəncan |
Yerləşir | Zəncan |
Sifarişçi | Hacı Mir Bəhaəddin |
Tikilmə tarixi | 1895[1] |
Üslubu | Azərbaycan memarlığı |
Hündürlüyü | 10.9 metr |
Uzunluğu | 106 metr |
Eni | 6 metr[2] |
Aşırımları | 3 |
Vəziyyəti | stabil |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mir Bəhaəddin körpüsü Zəncanın güneyində, suyu elə də çox olmayan Zəngançayı üzərində yerləşir. Körpü onu 1312-ci hicri ilində, Nasirəddin şah Qacar dönəmində tikən, Zəncanın görkəmli şəxsiyyətlərindən olan Mir Bəhaəddin Zənganinin adını daşıyır. İndilikdə bu yer zəncanlıların ən çox əyləndikləri yerlərdən biri sayılır.[3]
Bu körpü təxminən 100 metr uzunluğunda olaraq, eni sığınacaqla birlikdə 6.70 metrə çatır. Çayın ən yüksək yerindəki hündürlüyü təxminən 11 metrdir və orta aşırımı başqa aşırımlarında daha böyükdür. Bu körpü tamamilə kərpicdən tikilərək, ən gözəl tağının iç görünüşündə çox gözəl Məqeli adlı bir xəttlə tikildiyi tarix "Ya Əli" sözü ilə birlikdə simmetrik şəkildə oyulmuşdur. Təməlləri döşənmiş səthin üstünə qoyularaq, oyma daş parçaları və əhəng harçından hazırlanmışdır və suyun səviyyəsindən 1,40 metr yüksəkliyə kimi qalxmışdır. Bu hündürlükdə bu körpünün tağının və əsas gövdəsinin ayağından 5 × 24 × 24 sm ölçülü kərpiclə başlanıb. Bu təməllərin hər birində üst-üstə iki otaqcıq düzəldilmişdir. Bu otaqcıqlar daşqın sularını özlərindən keçirtməklə yanaşı, təməllərin ağırlığını və təzyiqini də azaldır. Bundan ayrı, körpünün ağırlığını azaltmaq üçün körpünün üzərindəki üç böyük aşırımın yan ağızlarının içi boşdur ki, bu otaqlar təzyiqə daha davamlı olsun. Güney baza otaqcıqları spiral pilləkənlə birləşdirilir. Körpü dayaqlarının yuxarı və aşağı hissələrində su axınını asanlaşdırmaq üçün daş xəndəklər yaradılıb. Körpünün yuxarı sukəsənləri çoxbucaqlı, aşağı sukəsənləri isə yarımdairəlidir.[4]